Avropadan 441 azərbaycanlı geri qaytarıldı
Qobustanda əməliyyat keçirilib
Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı


16.09.2019  09:36 

Neftin qiyməti yenidən bahalaşacaq - PROQNOZ





A+  A-

Səudiyyə Ərəbistanında iki neftayırma zavoduna edilmiş bombalı hücum dünya bazarında neftin qiymətinə təsir edəcək.
XəzərNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin dərc etdiyi ekspert rəyində bildirilir.

Ümumi rəyə əsasən, əgər qarşıdakı 30 gün ərzində zavodlarda vəziyyət normallaşdırılmasa, sürətli şəkildə qiymət artımı olacaq.

Analitik Bob Maknelli hesab edir ki, qarşıdakı həftələrdə “qara qızıl”ın qiyməti 15-20 dollar səviyyəsində yüksələcək.

Digər iqtisadi şərhçi, Qreq Nyuman isə düşünür ki, neft əvvəlcə sadəcə 2 dollar bahalaşacaq, zamanla isə bahalaşma tədricən 7-10 dollara çatacaq.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının artıq lokallaşdırıldığını açıqlayıb. Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir. Eyni zamanda neft emalı zavodlarındakı yanğın qaz hasilatını da sutkada 2 milyard kub. fut həcmində azaldıb.

Xəbər 1928 dəfə oxunub.




06.02.2025  10:06 

Qobustanda əməliyyat keçirilib


BÜTÜN XƏBƏRLƏR +