Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


03.09.2019  13:11 

Azərbaycanda enerjinin ixracı 2 dəfədən çox artıb





A+  A-

Ötən ilin avqust ayı ilə müqayisədə 2019-cu ilin avqust ayında elektrik enerjisinin istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb.
Bu barədə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev XəzərNews.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən ay 2,14 milyard kVts elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin avqust ayı ilə müqayisədə 200 milyon kVts və ya 10,5 % çoxdur.

“Ötən ilin avqust ayı ilə müqayisədə qonşu dövlətlərə elektrik enerjisinin ixracı da dəfələrlə artıb. “Reabilitasiya Proqramı” çərçivəsində elektrik stansiyalarının texniki imkanlarının müəyyən qədər artması qonşu dövlətlərə xüsusi ilə Gürcüstana müqavilə əsasında daha çox elektrik enerjisi ixrac edilməsinə şərait yaradıb. Belə ki, 2018-ci ilin avqust ayında qonşu dövlətlərə 72,2 milyon kVts elektrik enerjisi ixrac edildiyi halda, bu ilin avqust ayında 166,3 milyon kVts elektrik enerjisi ixrac edilib. Bu da 94,1 milyon kVts və ya 2 dəfədən çox artım deməkdir. Qeyd edək ki, ixrac edilən 166,3 milyon kVts elektrik enerjisinin 158,8 milyon kVts Gürçüstan Respublikasına ötürülüb”, - deyə qurumun rəisi vurğulayıb.

Xəbər 1801 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +