Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


15.07.2019  11:54 

Palata 2 nazirlikdə yoxlama apardı





A+  A-

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.
Hesablama Palatasının mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub:

Dövlət büdcəsindən Energetika Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə, eləcə də nazirlik sistemi üzrə daxilolmaların hesablanması və ödənilməsinə dair aparılan audit barədə;

Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə maliyyə və uyğunluq auditinə dair.

Kollegiya iclasında nəzarət tədbiri üzrə Auditor hesabatları barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi, Milli Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda, həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.

Xəbər 1593 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +