Qobustanda əməliyyat keçirilib
Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?


27.06.2019  14:56 

Lombardlara müddətsiz lisenziya veriləcək





A+  A-

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında "Lombardlar haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, yeni qanun layihəsində lombardlara müddətsiz lisenziya və icazə verilməsi təklif olunur.

Belə ki, sənədin 18-ci maddəsində (Lisenziya və icazə) qeyd edilib ki, lombard fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv edilməsi, habelə filial açmaq üçün lombardlara icazə verilməsi və verilmiş icazələrin ləğv edilməsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir.

Qanun layihəsində bildirilib ki, lombardlara verilən lisenziya və icazə müddətsizdir. Lisenziya və icazə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya və icazə yalnız onu almış lombard və filial tərəfindən istifadə edilə bilər. Həmçinin, sənəddə lombardlar assosiasiyalarının yaradılmasının mümkünlüyü barədə məsələ də öz əksini tapıb.

Qanun layihəsinin 30-cu maddəsində (lombardların birlikləri və assosiasiyaları) qeyd edilib ki, lombardlar fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin birgə təmsil edilməsi və müdafiəsi məqsədi ilə birliklər və assosiasiyalar yarada bilərlər. Lombardlar rəqabətin məhdudlaşdırılmasına və bazarın inhisarlaşmasına istiqamətlənən sazişləri bağlamaq və razılaşdırılmış əməliyyatlar aparmaq, o cümlədən faiz dərəcələrini və komisyon haqlarını müəyyən etmək üçün birlik və assosiasiyalardan istifadə edə bilməz.

Birlik və assosiasiyalar öz fəaliyyətini həyata keçirərkən antiinhisar qanunvericiliyinin tələblərinə riayət etməlidir. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və I oxunuşda qəbul edilib.

Xəbər 1656 dəfə oxunub.




06.02.2025  10:06 

Qobustanda əməliyyat keçirilib


BÜTÜN XƏBƏRLƏR +