İcra başçısı Prezidentin qadağasını pozdu - FOTOLAR
“Rus Evi“ ilə bağlı daha bir SENSASİON XƏBƏR
Avropadan 441 azərbaycanlı geri qaytarıldı
Qobustanda əməliyyat keçirilib
Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu


21.06.2019  13:17 

Bu növ ödənişlər gəlir vergisindən azad edilir





A+  A-

Bu il sentyabrın 1-dən hakimlərə ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla) gəlir vergisindən azad edilir.
XəzərNews.az xəbər verir ki, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında”, Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur. Dəyişikliklər layihəsi parlamentin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Belə ki, indiyə qədər hakimlərə öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı gəlir vergisindən azad edilib. Məcəllənin müvafiq maddəsinə hərbi qulluqçular sözlərindən sonra hakimlər sözü də əlavə edilib.

Deputat Vahid Əhmədov da son həyata keçirilən islahatlar fonunda məhkəmə hakimlərinin maaşının artırılmasını da təklif edib. O, qeyd edib ki, hakimlərin maaşının artırılması bu sahədə neqativ proseslərin də qarşısını alar: “ Həmçinin prokurorluq orqanlarının da maaşı artırılmalıdır”.

Xəbər 1727 dəfə oxunub.




06.02.2025  10:06 

Qobustanda əməliyyat keçirilib


BÜTÜN XƏBƏRLƏR +