Qobustanda əməliyyat keçirilib
Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?


11.06.2019  12:07 

Bakı metrosuna 10 yeni vaqon gətirildi





A+  A-

Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən, Bakı metropoliteni üçün istehsal edilmiş 10 vaqon artıq Bakıdadır.
XəzərNews.az-ın məlumata görə, "Transmaşholdinq" Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə görə, il ərzində “Bakı Metropoliteni” üçün daha 20 vaqon istehsal ediləcək.

Həmin şirkətin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-nin istehsal etdiyi 81-765. B81-/766.B modelli bu vaqonlar innovasiyalar baxımından ən müasir – 4-cü nəslə aiddir. Sazlama və sınaq işlərindən sonra istifadəyə veriləcək yeni 10 vaqon əvvəlki nümunələrindən xeyli fərqlənir.

Yeni vaqonların qapıları daha enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Bundan savayı, vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün USB portlara malikdir.

Baş vaqonlarda əlil arabacıqları üçün yerlər ayrılıb. İstehsal zamanı, sifarişçi kimi, "Bakı Metropoliteni" QSC-nin texniki şərtləri xüsusi nəzərə alınıb.

Bu xüsusda orijinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb. Əsas yeniliklərdən biri kimi, kondisionerlərin Bakının iqlim şəraitinə uyğunlaşdırılması qeyd oluna bilər. Soyutma sistemi daha yüksək keyfiyyət göstəriciləri ilə təmin olunub. Həmçinin Bakı metropoliteninin yol relyefinin mürəkkəbliyi və profili nəzərə alınaraq, bütün vaqonlar dartı mühərriki ilə təmin edilib.

Xəbər 1654 dəfə oxunub.




06.02.2025  10:06 

Qobustanda əməliyyat keçirilib


BÜTÜN XƏBƏRLƏR +