Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


04.02.2017  13:46 

Azərbaycanın Ukraynadakı səfirinə qarşı etiraz - Səfiri kim idarə edir?





A+  A-


Ukraynada yaşayan azərbaycanlılar və diaspor rəhbərləri Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Ukrayna üzrə müxbiri Möhsüm Aslanovla bağlı etiraza qalxıblar.

XəzərNews.az bildirir ki, BakiPost.az-a daxil məlumata görə, M. Aslanovun həmyerlilərimizin qəzəbinə tuş gəlməsinə səbəb diaspor tədbirlərini işıqlandıran zaman bölgə və etnik ayrı-seçkilik yaratmasıdır.

İddia olunur ki, Ukraynanın Nikolayev vilayəti Azərbaycanlıları Konqresinin sədri Ələddin Məhərrəmov, Xerson Vilayəti Azərbaycanlıları Konqresinin sədri Əlimərdan Kərimov, Dnepropetrovski vilayətində diaspor fəalı olan Eldar Tağıyev, Lvov vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədri (eyni zamanda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov təmsilçisi) Məcid Nuxiyev, paytaxt Kiyevdəki akademik Zərifə xanım Əliyeva adına Beynəlxalq Elmi Tibbi Mərkəzin rəhbəri, tibb elmləri doktoru, tanınmış azərbaycanlı professor Aydın Salmanovvə digərləri Azərbaycan dövlət televiziyasının Ukrayna təmsilçiliyinin "qara siyahı”sındadır.

Onların bütün Ukrayna üzrə Azərbaycan diasporu olaraq aktiv fəaliyyəti M. Aslanov tərəfindən işıqlandırılmır və görməzdən gəlinir.

Məlumat üçün bildirək ki, Möhsüm Aslanov tərəfindən ayrı seçkiliyə məruz qalan diaspor fəallarının bir qismi Azərbaycanın cənub bölgəsindən, bir qismi Laçın və Kəlbəcər bölgəsindən, bir qismi isə Şimal bölgəsindəndirlər.

Bundan başqa, jurnalistin özünün diaspor fəallarına qarşı ayrı-seçkilik etməsiylə yanaşı, Azərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Azər Xudiyevi də öz təsirinə saldığı bildirilir. Qeyd olunur ki, M. Aslanov A. Xudiyevlə köhnə dostdur. Bu münasibətlərdən doğan vəziyyət o həddə çatıb ki, bu il azərbaycanlıların 20 Yanvar faciəsi ilə bağlı Ukraynanın Dnepropetrovsk şəhərində keçirdiyi kütləvi tədbir AzTV-nin Ukrayna təmsilçisi tərəfindən nəinki işıqlandırılmayıb, hətta onun tövsiyəsi ilə səfir Azər Xudiyev və səfirliyin heç bir əməkdaşı tədbirə təşrif buyurmayıb.

Səfirliyin bu hərəkəti isə azərbaycanlıların hiddətinə səbəb olub və bununla bağlı bəyanatla çıxış ediblər.

Bəyanatda Möhsüm Aslanovun onlara qarşı əməli və onun təhriki ilə fəaliyyətlərində korrektələr edən səfirin əməlləri pislənib.

Narazı olan həmyerlilərimiz bildirilir ki, bu, Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə yenicə təyin olunan Azər Xudiyevlə bağlı ilk və tək xoşagəlməz hal deyil. Buna səbəb kimi isə yeni səfirin məhz səfir kimi təcrübəsizliyi, Ukraynada yaşayan çoxminli soydaşlarımıza qarşı soyuq münasibəti, yanlış kadr siyasəti və digər ciddi məsələlər göstərilir. Qeyd olunur ki, keçmiş səfir Eynulla Mədətlinin dönəmində indikindən qat-qat yaxşı yaşayan Ukrayna azərbaycanlıları, xüsusən də tanınmış ziyalılar yeni səfir Azər Xudiyevin qısa zamanda apardığı dağıdıcı və yarıtmaz siyasətdən narahat olmağa başlayıblar.

Artıq bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət olunub.



Xəbər 1388 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +