Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


29.10.2022  15:35 

“Qızıl Tac”da saxta spirtli içkilər istehsal olunub





A+  A-

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Qızıl Tac” şadlıq sarayında saxtalaşdırma yolu ilə spirtli içkilərin istehsal olunduğunu aşkarlayıb.

XəzərNews.az AQTA-ya istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi 15A ünvanında fəaliyyət göstərən Fiziki şəxs Şirinov Vüsal Telman oğluna məxsus “Qızıl Tac” şadlıq sarayında plandankənar yoxlama həyata keçirilib.

Yoxlama zamanı şənlik mərasimində istifadə üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırılma əlamətləri olan 3 ədəd 1 litrlik, 10 ədəd 0.7 litrlik “Organic Line” əmtəə nişanlı və 1 ədəd 0.7 litrlik “Mынсkъ” əmtəə nişanlı alkoqollu içkiləri aşkar edilib.

Araşdırma zamanı qanunsuz olaraq saxta spirtli içkilərin istehsalında araq butulkalarından təkrar istifadə olunmaqla, həmçinin başlıq hissələrinin kustar üsulla hazırlanaraq bərkidildiyi, eyni zamanda malların orijinalından kəskin fərqləndiyi müəyyən edilib.

Aşkar olunmuş faktla bağlı dərhal alkoqollu içkilərin realizasiyası dayandırılmış və məhsullar möhürlənərək saxlanca verilmişdir. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Araşdırmalar davam etdirilir. Faktla bağlı əlavə məlumat veriləcək.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.



Xəbər 1039 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +