Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


11.08.2022  09:28 

Payızda quru sərhədlər açıla bilərmi?





A+  A-

Azərbaycanda sentyabrın 1-dən sonra xüsusi karantin rejimində bir sıra gigiyenik normaların məcburi tətbiqi saxlanılmaqla, yumşalmaya gediləcəyi, həmçinin quru sərhədlərin açılacağı gözlənilir. Sərhədlərin açılması yoluxma sayını artıra bilərmi?

Millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, qərar xəstəliyin necə yayılmasından asılı olaraq verilməlidir: “Dünyada və Azərbaycanda müəyyən simptomlar olsa da, geniş yayılma müşahidə olunmur. Ümid edək ki, vəziyyət mənfiyə doğru dəyişməyəcək və vətəndaşlarımız sərbəst həyata davam edə biləcəklər. Təcrübə göstərdi ki, xəstəliyin geniş yayılması ilə bağlı tətbiq olunan məhdudiyyətlər həm iqtisadiyyata, həm də insanların psixoloji durumuna mənfi təsir göstərir. Yenidən məhdudiyyətlərin tətbiq olunması insanlara qismən olsa da, sıxıntı yaradacaq. Allah bizi bir də bu xəstəliklə sınamasın. Bəşəriyyət bir çox fəlakət yaşadı, çox sayda itkimiz oldu”.

İnfeksionist-hepatoloq Mərdan Əliyev isə qeyd edib ki, payıza doğru yoluxmaların artacağı ehtimal olunur: “Yoluxmaların az olduğu zaman quru sərhədlər açılmadısa, payızda açılması tibbi baxımdan doğru deyil. Əslində, ölkəyə daxil olan şəxslərdən test götürülərsə, quru sərhədlərinin açıq yaxud bağlı olmasının yoluxma sayına o qədər də böyük təsiri yoxdur. Hava yolları açıq olduğu üçün gediş-gəliş var. Quru sərhədlərinin açılması ilə bu say arta bilər. Bunu nəzərə alaraq, sərhədlərin açılacağı ehtimal olunmur. Açılsa belə, payıza doğru yenidən qapanma ola bilər. Payıza doğru yoluxma artacaq. Payız aylarında digər respirator xəstəliklərin yayıldığını da nəzərə alsaq, quru sərhədlərin açılması doğru olmazdı”.

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz “Facebook” səhifəsində qeyd edib ki, bəziləri quru sərhədlərin bağlı olmasını tənqid edib, bunu təyyarə biletlərinin baha satılmasına təkan verdiyini bildirib: “...Düşünürəm ki, Müşahidə Şurası və aidiyyatı qurumlar ən qısa müddətdə büdcədən xeyli vəsait alan AZAL-ın qiymət siyasətinə yenidən baxılması üçün ciddi addımlar atmalı, bununla bağlı hökumətə təkliflər verməlidir. Naxçıvana təyyarə biletləri tapılmır, uzun növbələr yaranıb, aviabiletlərin turizm şirkətlərinə satıldığı bildirilir. AZAL bu istiqamətə uçuşların da biletini bir müddət öncə qaldırıb. Təyyarələr çatışmır. Quru yollar bağlı olduğundan və Türkiyəyə birbaşa reyslərin bileti də hədsiz baha olduğundan sərnişinlər Bakı-Naxçıvan reysini seçərək Naxçıvan üzərindən Türkiyəyə keçmək istəyir. Bu səbəbdən də həmin istiqamətdə uçuş üçün tələbat artıb və AZAL bu tələbatı ödəyə bilmir. Düşünürəm ki, hökumət bu məsələyə ciddi müdaxilə etməlidir, təyyarələrin sayının artmasına diqqət yetirməli, gediş üçün seçim imkanlarını artırmalıdır Uzun müddətdir ki, Azərbaycanda dəmir yolunda da daxili istiqamətlərdə sərnişin daşımaları dayandırıb”.

O.Gündüz habelə ölkədaxili qatarların hərəkətinin ləğv edilməsi ilə bağlı heç bir ağlabatan açıqlamalar verilmədiyini diqqətə çatdırıb: “Yalnız bir dəfə ADY bu haqda məlumat verib ki, yerli istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçid işləri aparılır. Bu işlər tamamlandıqdan sonra qatarların ölkədaxili fəaliyyəti bərpa ediləcək. Müşahidələr isə göstərir ki yerli dəmir yol xətləri də bərbad gündədir və aparılan yenidənqurma işləri haqıqnda heç bir açıqlama verilməyib. Nazirlər Kabinetinin rəsmi açıqlamasına görə dəmir yolu ilə sərnişin daşımasındakı problemlər Operativ Qərargahın göstərişi deyil və bu , təbii inhisar subyekti olan ADY ilə bağlıdır. Lakin iki ildir ki, yerli istiqamətlər üzrə, Bakı-Balakən, Bakı-Ağstafa, Bakı-Astara , Bakı-Qazax istiqamətləri üzrə qatarlar işləmir.

Düşünürəm ki, təbii inhisar subyektləri olan AZAL və ADY-nin apardığı siyasət, formalaşdırdığı mühit və cari addımları mövcud normalara ziddir. Əgər uzun illər fəaliyyət göstərən təbii inhisarçı göstərdiyi xidməti süni olaraq əngəlləyərsə onda ölkəmiz üçün və vətəndaşlarımız üçün daha dözülməz mühit formalaşacaq.

Ümid edirəm hökumət, xüsusilə də Antiinhisar Dövlət Xidməti, RİNN və hər iki qurumun Müşahidə Şurası mövcud durumu dəyişmək üçün səylərini gücləndirəcəklər”.

Qeyd edək ki, Türkiyə vətəndaşları Azərbaycanın quru sərhədlərində ölkəni tərk etmək üçün istifadə edə bilərlər. Ancaq sentyabrın 1-dək Türkiyə vətəndaşları üçün quru sərhədindən Azərbaycana daxil ola bilməzlər.Pasportlarını müddəti bitən Türk vətəndaşları isə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə də hava yolları vasitəsi ilə Azərbaycandan Türkiyəyə geri dönə bilərlər.

Xəbər 1699 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +