Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


21.09.2017  13:02 

Ankarada yerli və xarici jurnalistlərin iştirakı ilə Media Forumu keçirilir - VİDEO





A+  A-

Xəbər verdiyimiz kimi, “II Mədəniyyət, Turizm və Demokratiya Qurultayı” adlı Media Forumunda Azərbaycan mediası da geniş şəkildə təmsil olunur.
XəzərNews.az xəbər verir ki, Yenicag.az internet qəzetinin baş redaktoru Aqil Ələsgər foruma Azərbaycandan məruzəçi olaraq qatılıb. Araşdırmacı-yazar çıxışı zamanı vacib məqamlardan söz açaraq iştirakçıların diqqətini Qərb-Şərq dilemmasına çəkib:

“Sovet dövründə Türkiyədə kommunizm təhlükəsi var idi və ölkədə kommunizm düşmənliyi yaradılmışdı. Kommunizm düz sərhəddə idi. Buna görə də, ölkənin hər tərəfində, məsələn Ərzurumda Fətullah Gülənin sədr olduğu kommunizlə mübarizə komitələri təsis edilmişdi. Belə bir təsəvvür yaradılırdı ki, kommunizmə qarşı mütləq NATO ətrafında birləşmək lazımdır. Dövrümüzdə isə kommunizm gedib, yerinə avrasiyaçılıq gəlib. Avrasiyaçılıqdan danışılan kimi deyirlər ki, Qərb əldən gedir, Qərbə üz çevirilir. Qərbə üz çevirməyi heç kim istəmir. Azərbaycan, Türkiyə, Rusiya və.s. yenə də Qərblə əməkdaşlıq etsin. Heç kim əlaqlərin tamamilə kəsilməsinin tərəfdarı deyil. Amma Şərqə də kürəyimizi çevirməyək. Qərblilərin dedikləri hər yerdə daha üstün qəbul edilir və təəssüf ki, Şərqlə bağlı mövzularda həmişə düşmənliklər qabardılır. Türkiyə və Rusiya arasındakı münasibətlərdən danışanda ilk nə deyirlər? – Osmanlı vaxtından bəri Rusiya həmişə düşmənimiz olub. İranla əlqələrdən danışanda, tez şiə-sünni ixtilafı ortaya atılır. Hətta Azərbaycan hökmdarı olan Şah İsmayıl Xətai dövrünə qədər gedib çıxırlar və deyirlər ki, bizim beş yüz illik düşmənliyimiz var. Ərəb məsələsinə gələndə, o dəqiqə deyirlər ki, I Dünya Müharibəsində ərəblər bizi satdı, onlar xaindir, onlarla əlaqə qurmaq olmaz. Bəs kimlə əlaqə qurmaq olar? – Qərblə. Hansı Qərblə? 15 iyulda gazi məclisin üzərinə bombalar yağdıran Qərblə? 1960-80-ci illərdə öz uşaqlarım dediyi adamlarına çevriliş əmri verən, Türkiyəni daim özündən asılı hala salmağa çalışan Qərblə?”

Baş redaktor Avrasiya məkanında həmrəyliyin yaradılması istiqamətində İlham Əliyev və həmkarı Nursultan Nazarbayevin göstərdiyi səyləri xüsusilə vurğulayıb:

“Dediyimiz kimi, Qərblə münasibətlərimizi davam etdirməyə məcburuq, ancaq bununla belə Şərqlə bağlı məsələlərdə ciddi addımlar atmalıyıq. Xüsusilə, “təyyarə” böhranı zamanı cənab İlham Əliyev və cənab Nazarbayevin Türkiyə və Rusiya arasında vasitəçi olması çox böyük əhəmiyyətə malik idi. Krizisin tez həll edilməsi öz təsiri 15 iyulda da göstərdi. Xüsusilə, Qazaxıstanın liderliyi ilə böyük bir Avrasiya platforması yaradılır. İran, Rusiya, Türkiyə və başqa ölkələr bu mövzuda böyük addımlar atır. Ancaq bütün bunları “Türkiyənin yeri Qərbdir”, “Türkiyənin yeri NATO-dur” hay-küyü ilə susdurmağa çalışırlar. Fikrimcə, hökümətlər bu mövzuda ciddi işlər görməlidir və biz də media mənsubları olaraq daha həssas olmalı, Qərbin media kirliliyinə qarşı birlikdə mübarizə aparmalıyıq. Azərbaycan, Türkiyə, Rusiya, Ərəb ölkələri olaraq birlikdə çalışmalıyıq.”

Qeyd edək ki, Aqil Ələsgərin çıxışı videodan da göründüyü kimi, salonda alqışlarla qarşılanıb:


Xəbər 1343 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +