28.12.2022 16:02
Dindarlar İrana qarşı... - Bəyanat
Sumqayıt şəhəri, Abşeron və Xızı rayonunda fəaliyyət göstərən din xadimləri İran İslam Respublikasının anti-Azərbaycan siyasəti ilə bağlı bəyanat yayıblar.
XəzərNews.az xəbər verir ki, bəyanatda bildirilir ki, xalqımız Vətən müharibəsində zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdikdən sonra, qonşu İran İslam Respublikasının sərhədlərimizdə hədələyici hərbi təlimlər keçirməsi və Ermənistana hərbi-siyasi dəstək verməklə, Azərbaycana yönəlik təxribat xarakterli addımları dindarların narahatlığına və haqlı narazılığına səbəb olmuşdur: “İslam dünyasının bir parçası kimi, Azərbaycanın milli-mənəvi, eləcə də, dini dəyərlərin qorunması, dünyada islamafobiyaya qarşı ciddi mübarizə aparmasına baxmayaraq, xalqlarımızın tarixən formalaşan ortaq dini-mədəni dəyərlərini gözardı edərək, özünü şəriət dövləti adlandıran İranın bir zamanlar işğal altında olan torpaqlarımızda islam maddi-mədəniyyət nümunələrini məhv edən, məscidlərimizdə dinimizin haram buyurduğu heyvanları saxlayan, qəbirləri dağıdan barbarlara isti münasibəti İslam respublikası fəlsəfəsini şübhə altında qoyur. Qonşu ölkə rəhbərliyi anlamalıdır ki, bu şübhələr və onun doğurduğu sualların çoxalması, həm də, öz milli təhlükəsizlikləri baxımından onları narahat etməlidir”.
Bəyanatda eyni zamanda bildirilib ki, Azərbaycan dövləti qonşuları ilə mehriban dostluq şəraitində yaşamaq, başqa dövlətlərlə beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş prinsiplər əsasında münasibətlərinin qurulmasını vacib sayır. Mövcud istiqamətdə ulu Öndər Heydər Əliyevin müəllifi olduğu siyasi kursu Prezident İlham Əliyev uğurla həyata keçirir. Bu siyasi xətt xalqlarımızın maddi-mədəni inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə və regionda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
“İran Azərbaycanın beynəlxalq və regional müstəvidə artan siyasi-iqtisadi nüfuzunu, güclü rəhbər-xalq-ordu həmrəyliyi ilə ölkəsinin suverenliyinə, ərazi bütövlüyünə qarşı istənilən təxribatın qarşısını almağa qadir olduğunu bilməli və məkrli hərbi-siyasi kampaniyasına son qoymalıdır”, - deyə bəyanatda vurğulanır.
Xəbər 894 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|