Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


10.01.2022  22:22 

SƏN İSTƏYƏRSƏNMİ AVROPA MƏHV OLSUN?!





A+  A-

"Demokratiya", "insan haqları" deyə-deyə qalan, bizi 30 il Qarabağsız qoyan, tarixi qonşularımızla düşmən vəziyyətinə salan, balığımızı, kürürümüzü kürüyən, ölkələrin və xalqların korrupsiya və səfalət bataqlığında çırpınmasını vecinə almayan, yaxud vecinə almağı bacarmayan, tarixən eyni coğrafiyada mövcud olmuş, adət-ənənələri, həyat tərzləri və düşüncələri oxşar millətlərin bir-birinə düşmən edilməsi, minlərlə insanların həyatlarını itirməsi hesabına milyardlar, trilyonlar qazanmağından qalmayan Qərbin ekspansiya gerçəklərini anlayan Rusiya, deyəsən, revanş götürüb.

Dirəniş halında Qərbin, hətta ABŞ-ın Rusiyaya nəsə edəcəyi inandırıcı görünmür. Bu güclər əzəli torpaqlarımızın 30 illik işğalına və munlərlə övladlarımızın qətlinə nə etdilər ki, buna da edələr?!

Görünən odur ki, Qərb sərvəti bol olan keçmiş sovet respublikalarını bu 30 ildə dişinə vurub yoxladı, onlardan lazımınca istifadə etdi və axırda onlarla real birliyin mümkün olmayacağı qənaətinə gəldi:

"Onlara bel bağlamaq olmaz!"

Bəlkə də əlahəzrət Qərb əlaltdan Vladimir Putini çağırıb, yaxud gizli telefonla zəng edib deyib:

"A kişi, tarixən bu xalqlarla elə qaynayıb-qarışmısınız ki, 30 ildir əlləşirik, hətta bəzi nüsxələri Avropanın göbəyində bəsləyib təlim keçirik, di gəl ki, zərrə qədər özümüzə uyğunlaşdıra bilmirik, sonda hamısının şüuraltında "Şiroka strana moya rodnaya" (hərfən: mənim doğma ölkəm genişdir/ ucsuz-bucaqsız doğma diyarım) fikri mıxlanıb. İntəhasız meşələrlə, çöllərlə, göllərlə sayıqlayırlar. Qardaş, İvan aşından da oluruq, Con aşından da. Qorxulusu odur ki, bunlar ortalıqda qalıb qlobal təhlükəyə-zada çevrilərlər.

Volodya, səni and verirəm İsa Məsihin çarmıxa çəkildiyi günə, qardaş, götür, sahiblik et onlara, bizim də canımız qurtarsın, sizin də. Ay qadan alım, Qorbaçovdan sonra bu yiyəsiz-sahibsizlər qaçqın düşərgələrimizi zəbt ediblər, hüquq-mühafizə orqanlarımızı, məhkəmələrimizi cana-boğaza yığıblar, deputatlarımızı rüşvətə dadandırıblar. Avropa can verir, anlayırsanmı?

Volodya, qadası, sən istəyərsənmi Avropa məhv olsun? Yenə də qardaş, bəd ayaqda gəlib sığına bilərsən, yaxşı dincələrsən. Odur e, Qorbaçovu 100 il yaşadırıq.

Niyə? Ona görə yox ki, o respublikaları ortalıqda qoydu. Ona görə ki, zəbt etdiyi Almaniyanı, Yuqoslaviyanı, Bolqarıstanı, Macarıstanı və bizim neçə-neçə ölkələrimizi, ərazilərimizi özümüzə qaytardı. Yoxsa elə bilirsən bizə Özbəkistan, Qazaxısatan, Gürcüstan və digərləri lazımdır?

Saakaşvilidə etdiyimiz səhvləri az qala Zelenskidə də təkrar edirik. Haşa! Yığ başına hamısını, onların dilini yenə də sən bilərsən, qospodin Vladimir Vladimiroviç! Yoxsa bəşəriyyət terror, rüşvət və korrupsiya yuvasına çevriləcək, qloballaşan dünyamızda qan su yerinə axacaq.

Düzdür, milyardlar qazanırıq, amma inan ki, Vova, burnumuzdan fitil-fitil gəlir. Əvəzində insanlıq məhv olur. İstəmirik. Brat, bəyəm, bu respublikalar olmayanda biz soyuqdan qırılırdıq, ya aclıq çəkirdik?!

Sən işini gör, müxtəlif bəhanələrlə yerit ordunu, biz də guya sənə qarşı bəyanat-zad verəcəyik. Son əməliyyatını da təbrik edirəm! Gün o gün olsun ki, 10-12 ştatlı bir dövlət olasınız! İsa köməyin olsun!!!"

İdris Abbasov
XəzərNews.az


Xəbər 1286 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +