Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


19.02.2021  10:43 

Hava şəraiti ilə bağlı yollardakı vəziyyət açıqlandı





A+  A-

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.
XəzərNews.az həmin məlumatı təqdim edir:

1 Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi

Yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisində 7-8 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

2 Giləzi - Xızı

Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

3 Bakı - Qobustan

Yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolun 90-105 km hissəsində səhər saatlarından başlayaraq yola qum-duz səpilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

4 Qobustan - Şamaxı - Muğanlı

Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

5 Muğanlı - Ağsu - Yevlax

Yağıntı yoxdur, Muğanlı ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

6 Bakı - Ələt - Hacıqabul

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

7 Hacıqabul – Ucar – Yevlax

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

8 Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

9 Muğanlı – İsmayıllı

Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 7-8 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə, əsasəndə yolun meşə zolağından keçən hissəsinə qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

10 İsmayıllı - Qəbələ - Oğuz - Şəki

Yağıntı yoxdur, Qəbələ rayonu ərazisində 1-2 dərəcə şaxta və duman var. Duman olan hissədə görünmə məsafəsi 30-35 metr təşkil edir. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə, körpülərə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

11 Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhəd

Yağıntı yoxdur, Qax rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

12 Yevlax – Şəki (Göybulaq)

Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

13 Gəncə-Daşkəsən-Xoşbulaq

Yağıntı yoxdur, Daşkəsən rayonu ərazisinə 12-13 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

14 Şəmkir - Gədəbəy

Yağıntı yoxdur, Gədəbəy rayonu ərazisinə 14-15 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

15 Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

16 Masallı – Yardımlı

Yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

17 Lənkəran – Lerik

Yağıntı yoxdur, Lerik rayonu ərazisində 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

18 Hacıqabul – Bəhramtəpə – Horadiz

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Xəbər 2244 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +