Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


02.03.2017  13:41 

“Zərbə dəqiq endirilib, oradakıların sağ qalma şansı yoxdur“





A+  A-

“İstər separatçı Dağlıq Qarabağ rejimi, istərsə də Ermənistanın Müdafiə Nazirliyi çox çaşqın vəziyyətdədir. Özləri özlərini gülünc vəziyyətə qoyublar. Elan edirlər ki, Azərbaycan Ordusunun artilleriya zərbəsi nəticəsində guya onların 1 əsgəri ölüb”.
Bunu hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ü. Cəfərov bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin ermənilərə çox sərt xəbərdarlıq etməsinə baxmayaraq, onlar yenə də cəbhədə vəziyyəti gərginləşdirməyə davam edirlər: “Cavab addımı kimi düşmənin qərargahı vurulub, ermənilərin itkiləri var. Müdafiə Nazirliyinin bu gün yaydığı videogörüntüdə açıq görünür ki, zərbə dəqiq endirilib. Oradakıların sağ qalma şansı yoxdur. Ermənilər isə itkilərinin olması barədə məlumatı gizlədirlər. Ermənilər üçün itkilərini gizlətmək çox rahatdır. Həm Dağlıq Qarabağ Ermənistan paytaxtından uzaqdır, həm də orada hər hansı video və fotonun yayılmasına icazə verilmir”.

Ü. Cəfərovun sözlərinə görə, ermənilər təmas xəttinin ön sıralarında Suriya, Livan, hətta Rusiya ermənilərinin xidmətindən istifadə edir: “Ermənilər özləri bunu rəsmən etiraf ediblər. Suriyadan qaçıb gələn, iş-gücü olmayanlar ordu sıralarındadır. Müdafiə Nazirliyimiz düşmənlə bağlı ən xırda məlumatlara belə malikdir. Ermənilər bilməlidir ki, fevralda şəhid olan hərbi qulluqçularımızın qanı yerdə qalmayacaq. Bunun ardı gələcək və bu ermənilərə baha başa gələcək”.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov da açıqlamasında deyib ki, ermənilər cəbhədə itkilərini daim gizlədib: “Ermənistan cəmiyyəti cəbhədə baş verənlərə görə narahatdır. Buna görə də Ermənistan hakimiyyəti itkiləri gizlədir. Çünki Ermənistan cəmiyyəti onların əsgərlərini Azərbaycan Ordusunun qarşısında hansı taleyi gözlədiyini yaxşı bilirlər. Digər tərəfdən, Sarkisyan hakimiyyəti öz çirkin əməllərindən əl çəkmir.

Sarkisyan aprel döyüşləri zamanı Azərbaycan Ordusunun işğaldan azad etdiyi əraziləri qısa zamanda geri qaytaracağı barədə dəfələrlə bəyanat verirdi. Lakin bu bəyanatarın boş olduğu ortadadır. Bu il fevralın 25-26 isə cəbhədə vəziyyət yenidən gərginləşdi. Əlbəttə, iriçaplı silahlar, toplar işləyən yerdə hər iki tərəfdən itkilər olur. Amma ermənilər itkilərini daim gizlədib. Atəşkəslə bağlı “Bişkək protokolu” imzalanan ərəfədə - 1994-cü ilin aprel-may aylarında Füzuli istiqamətində ermənilər həddindən çox itki vermişdi. Mən o vaxt orada komandir idim. Ermənilərin bir gündə 500-dən çox itkisi olmuşdu. İndi də həmin vəziyyətdir. Ermənistanda seçkiqabağı kampaniya gedir. Ermənistan hakimiyyəti Qarabağda gərginlik yaratmaq istəyir ki, vəziyyətdən istifadə edərək müəyyən prosesləri nəzarətə alsın. Bu da alınmadı. Azərbaycan Ordusu öz mövqeyindədir. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən ermənilərin təxribatlarına adekvat cavablar verilir”.

Ş. Ramaldanov qeyd edib ki, Suriyadan gələn ermənilər Ermənistanda yox, məhz məqsədyönlü şəkildə Dağlıq Qarabağda yerləşdirilir: “Əlbəttə, bu, elə-belə edilmir. Suriya ermənilərindən muzdlu kimi cəbhə xəttində istifadə edirlər. Ermənilər üçün bu əlverişlidir. Çünki Suriya ermənilər heç bir yerdə qeydiyyatda deyillər, onların ölümü Ermənistan cəmiyyətini də maraqlandırmır”.

Xəbər 3990 dəfə oxunub.



31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +