“Veteran pulu” nə zaman artırılacaq?
Üç uşağı olanlara şad XƏBƏR - VİDEO
Neft Daşları”nda sızma OLUB
Sumqayıtda məscid sökülür?
Ramiz Zeynalov güləşçiyə bahalı maşın nömrəsi hədiyyə edib
Сыроварня” restoranı dövlət dilini kobud şəkildə pozur
Müşahidəçilər yenidən sərhəddə...
Anar Əliyev nazir təyin edildi - Sərəncam
Ukrayna səfirindən Azərbaycana TƏŞƏKKÜR
Samir Şərifov niyə Sahil Babayevlə əvəzləndi?


13.06.2023  18:12 

Hakan Fidan da Bakıda oldu - Foto





A+  A-

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla birlikdə cari ilin 13 iyun tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında 46-cı iclasında iştirak edib.

XəzərNews.az XİN-ə istinadla xəbər verir ki, QDİƏT-in fəaliyyətdə olan sədri, Serbiya Respublikası Baş nazirinin birinci müavini və xarici işləri İvica Daçiçin sədrliyi ilə keçirilən iclasda çıxış edən nazir Ceyhun Bayramov tədbir iştirakçılarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Azərbaycan tərəfindən regionda sülhün təmin edilməsi istiqamətində səyləri barədə ətraflı məlumat verib.

Nazir işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasının, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğunu beynəlxalq nəqliyyat və kommunikasiya bağlantılarının, habelə Zəngəzur dəhlizinin yaradılmasının müsbət təsirlərini diqqətə çatdırıb. Avropaya qaz ixracı və bu istiqamətdə imzalanan sazişlərin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın QDİƏT-in Mədəniyyət, Turizm, İKT, İstitusional İslahatlar və Yaxşı İdarəçilik, eləcə də Kiçik və Orta Müəssisələr üzrə İşçi Qruplarında əlaqələndirici-ölkə rolunu həyata keçirdiyi qeyd edilib.

Ölkəmizin eyni zamanda, 2023-cü ilin 1 iyul tarixindən etibarən 2 il müddətinə (iyul, 2023 – iyul, 2025) QDİƏT-in Enerji üzrə İşçi Qrupunda ölkə-əlaqələndiriciliyi funksiyasını da öz üzərinə götürdüyü bildirilib.

İclasın sonunda yekun protokolu və bir sıra vacib qərarlar qəbul olunub və sədrlik Serbiyadan Türkiyə Respublikasına təhvil verilib.

Xəbər 1327 dəfə oxunub.




07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?

07.02.2025  12:56 

Milyarder Trampın Amerika arzusu

07.02.2025  12:36 

Saxta içki 33 can aldı


BÜTÜN XƏBƏRLƏR +