Müşahidəçilər yenidən sərhəddə...
Anar Əliyev nazir təyin edildi - Sərəncam
Ukrayna səfirindən Azərbaycana TƏŞƏKKÜR
Samir Şərifov niyə Sahil Babayevlə əvəzləndi?
Putin AZAL təyyarəsi ilə bağlı açıqlama verəcəkmi?
Piramida şəbəkəsinin rəhbərinə 8 il həbs verildi
Terror aktı hazırlayan şəxs saxlanıldı
Azərbaycanlı gənc Polşada faciəvi şəkildə öldü
“Qarabağ Universitetinin Klinikası” yaradılır
İtkin düşən 17 yaşlı oğlanın cəsədi tapıldı


05.02.2025  11:58 

Həbsdə olan azərbaycanlının vəzifəsi uğrunda mübarizə başladı





A+  A-

Marneuli Bələdiyyə Məclisinin sədr müavini vəzifəsindən müvəqqəti uzaqlaşdırılan Rövşən İskəndərovun postu uğrunda mübarizə gedir.

XəzərNews.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Marneuli Bələdiyyə Məclisinin iki majoritar üzvü – Ömər İrişov və Adil Qurbanov bu vəzifəyə yiyələnmək istəyirlər.

Etibarlı mənbənin bildirdiyinə görə, Ömər İrişovu Marneuli meri Kənan Ömərov, Adil Qurbanovu isə sözügedən vəzifəyə Parlamentin üzvü Zaur Darğallı dəstəkləyir. Hər iki tərəf Rövşən İskəndərovun müvəqqəti uzaqlaşdırıldığı Marneuli Bələdiyyə Məclisinin üçüncü müavini postuna öz adamını yerləşdirmək istəyir.

Eyni zamanda, mənbə qeyd edir ki, vəziyyət hələ tam aydın deyil, çünki Rövşən İskəndərovun azadlığa buraxılma ehtimalı da var.



Xəbər 701 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.02.2025  12:56 

Milyarder Trampın Amerika arzusu

07.02.2025  12:36 

Saxta içki 33 can aldı


BÜTÜN XƏBƏRLƏR +