Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


07.11.2025  12:13 

“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?





A+  A-

"Binə” Ticarət Mərkəzində sahibkarlar narazılıq edirlər.

XəzərNews.az Sitat.info-ya istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılmış xəbərlərə istinadən bildirir ki, narazılıq bazarın sahibəsi Kəbirə Məmmədovanın yeni qaydalar tətbiq etməsidir.

Belə ki, sahibkarlar onların dükanlarında elektrik sayğacı ola-ola artıq pul yazıldığını və bu barədə göstərişin Kəbirə Məmmədova tərəfindən verildiyini bildiriblər. “Əgər sayğacda 70 manat borc yazılıbsa, həmin dükan sahibi əlavə 80 manat da verməlidir. Böyük dükanlarda isə bu məbləğ bir qədər də çox olur. Məsələn, əgər sayğacda 300 manat yazılıbsa, həmin sahibkar əlavə 300 manat da verməlidir”.

Buna etiraz edənlərin isə cəzalandırılması barədə xəbərdarlıq edilib. Belə ki, baş verənləri çəkib, paylaşan və ya mediaya ötürən sahibkarlara xəbərdarlıq edilib ki, bu addımı atarlarsa, dükanları qapadılacaq və 600 manat cərimə olunacaqlar.

Kəbirə Məmmədovanın bu addımı atmasının konkret səbəbi bilinmir.

Eyni zamanda bildirilir ki, son iki aydır "Binə" bazarında vəziyyət ürəkaçan deyil. Ticarət mərkəzində durğunluqdur. Vəziyyət o həddə çatıb ki, bəzi sahibkarlar icarə haqqını ödəməkdə çətinlik çəkirlər.

Belə bir məqamda ticarət mərkəzi rəhbərliyinin güzəştə getməsi əvəzinə onlardan elektrikə görə ikiqat ödəniş istənilir. Adının çəkilməsini istəməyən sahibkar bildirdi ki, kvadratmetri kiçik olan yer üçün əvvəllər 10 AZN ödəyirmiş, bu dəfə ondan 100 AZN tələb olunub.

Rəhbərliyin bu davranışı satıcılarda kütləvi narazılıq yaradıb. Belə davam edəcəyi təqdirdə toplaşaraq, etirazlarını bildirəcəklər.

İcarə haqlarına gəlincə, aylıq 800 AZN-dən, 2000 AZN-ə qədər dəyişir. Satıcılar icarə haqlarını baha hesab edirlər: "5-6 aydır ki, alver ölüb. Dəhşət dərəcədə durğunluqdur. Yanvar ayına kimi 30-a yaxın sahibkar bazardan çıxacaq.

Belə vaxtda üstəlik bizi belə sıxmaları xoşagələn deyil. Aidiyyatı qurumlara səslənirik, ölçü götürülsün. Belə davam etsə, bazar ayağa qalxacaq".

Xəbər 700 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +