Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


05.02.2018  18:34 

Daha 3 şəhərdə I sinfə qəbul elektron aparılacaq





A+  A-

Bakı ilə yanaşı, Gəncə, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində 2018/2019-cu dərs ili üçün I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.
XəzərNews.az-ın məlumatına görə, bununla bağlı təhsil naziri vəzifəsini müvəqqəti icra edən Ceyhun Bayramov "2018/2019-cu dərs ilində elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsinin genişləndirilməsi barədə" əmr imzalayıb.

Əmrə əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində 2018/2019-cu dərs ili üçün I sinfə şagird qəbulu ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçiriləcək. I sinfə qəbul üçün ərizələrin onlayn qeydiyyatı Bakı şəhəri və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2018-ci il fevralın 22-dən, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələri üzrə isə martın 12-dən başlanacaq. I sinfə elektron ərizə qəbulu üzrə yaradılmış işçi qrupa bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etmək tapşırılıb.
Əmrlə I sinfə elektron ərizə qəbulu prosesinin səmərəli və əlaqələndirilmiş şəkildə aparılmasını təmin etmək məqsədilə aşağıdakı heyətdə İşçi Qrup yaradılıb:

İlqar Mahmudov – Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini, Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun müdiri, sədr;
Cəsarət Valehov – İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, üzv;
Orxan Abasov – Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini, üzv;
Yaşar Zeynalov – İnformasiya şöbəsinin Dəftərxana sektorunun böyük məsləhətçisi, üzv
Məhəbbət Vəliyeva – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, üzv;
Zakir Hüseynov – Gəncə Şəhər Təhsil İdarəsinin müdiri, üzv;
Nizami Namazov – Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, üzv;
Nazilə Məmmədova – Abşeron Rayon Təhsil Şöbəsinin müdiri, üzv. Əmrin icrasına nəzarəti Ceyhun Bayramov özü edəcək.

Xəbər 1358 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +