“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


29.05.2021  14:26 

“DÇ ilə bağlı təklif ağılsızlıqdır” - Çeferin





A+  A-

UEFA prezidenti Aleksander Çeferin dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, sloveniyalı futbol funksioneri bunu ağılsızlıq sayır.

Qurum rəsmisi deyib ki, mundial iki ildən bir keçirilərsə, əksər komandalar orada iştirak etməyəcək: “Bu mümkün deyil, məntiqsiz fikirdir. 2022-ci ildən sonrakı dünya çempionatı 2026-cı ildə, Avropa çempionatı isə 2028-ci ildə keçiriləcək. 2028-ci ildə dünya çempionatı təşkil olunarsa, Avropa komandaları qatılmayacaq. Cənubi Amerika komandaları da Amerika Kubokunda iştirak edirlər və belədə mundialda oynamayacaqlar. Bu təklif ağılsızlıqdır. Bilmirəm niyə buna ehtiyacımız var. Kimsə hər şeyi savadlı bir şəkildə əsaslandıra bilərsə, dinləməyə hazıram. Ancaq mövcud təqvimlə mümkün deyil”.

Çeferin bu addımın həm də futbolçuların zədələrinin artmasına səbəb olacağını düşünür: “Hər il futbolçular çox sayda turnirə qatılırlar. Onsuz da, sıx təqvimə görə zədə sayında artım var. Bu təklif isə dəstəyi olmayan siyasi bir hərəkətdir”.



Xəbər 1683 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi


BÜTÜN XƏBƏRLƏR +