Hakan Fidan Hikmət Hacıyevi qəbul edib
Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Bəylər Əyyubova müavin təyin edilib - Foto
Azərbaycanda bu universitet ləğv olundu
Bakının adamı şikəst edən keçidləri
Qarla bağlı XƏBƏRDARLIQ
Əlindəki ziyilə görə xəstəxanaya gedən qız öldü
Şəhidin xatirə lövhəsi niyə sökülüb?
Prezident Administrasiyası dəyirmi masa keçirir
Məşhur pivə zavodunun direktoru 4000 manat cərimələndi


28.12.2022  14:17 

Quru sərhədlər açıla bilər - Deputat





A+  A-

“2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması Azərbaycanda da quru sərhədlərin açılmasını xeyili tezləşdirə bilər”.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda quru sərhədlərin nə zaman açılması ilə bağlı suala cavab verərkən deyib.

Onun sözlərinə görə, Çinin ölkəyə gələnlər ilə bağlı karantin qaydalarının yanvarın 8-dən etibarən ləğvi qərarından sonra digər dövlətlərdə də quru sərhədlərin açılması məsələsi gündəmə gəlib:

“2023-cü ildə dünyada yoluxma sayının azalması gözlənildiyindən bu, qlobal ticarətə də təsirsiz ötüşməyəcək. Azərbaycanda quru sərhədlərin açılması eyni zamanda qonşu ölkələrdəki epidemioloji vəziyyətdən asılı olacaq. Çünki qonşu ölkələrdə yoluxma sayı quru sərhədlərin açılmasına təsir edən əsas faktordur. Nəzərə alsaq ki, yoluxma sayında azalmalar müşahidə olunsa da, son günlər xüsusən qonşu Rusiyada koronavirusa yoluxanların sayında artımlar var. Bu kontekstdən quru sərhədlərin açılması ilə bağlı qərar birbaşa, xüsusən də quru sərhədi olduğumuz ölkələrdə yoluxma sayından asılıdır”.

Deputat hesab edir ki, quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədəuyğundur:

“Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin təxminən 70 faizi Azərbaycanın quru sərhədi olan ölkələrdən gəlir. Bu eyni zamanda, Azərbaycan vətəndaşları üçün daha asan qonşu ölkələrə səfər imkanları baxımdan da vacibdir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımdan da əhəmiyyətlidir. Amma iqtisadi məsələ olmaqla yanaşı, təbii ki, qonşu ölkələrdə olan yoluxma sayı və epidemioloji vəziyyətin dəyişməsi bu məsələdə qərarın verilməsində əsas faktor olaraq qalmaqdadır”.

Xəbər 920 dəfə oxunub.



25.02.2025  17:30 

Əli Əsədov yeni qərar İMZALADI

25.02.2025  17:25 

1 milyon TL məni susdura BİLMƏZ

25.02.2025  16:34 

Qarla bağlı XƏBƏRDARLIQ

25.02.2025  15:20 

“Ağsu” mehmanxanası bağlandı

25.02.2025  14:58 

Müjde Ar qəza keçirdi


BÜTÜN XƏBƏRLƏR +