Hakan Fidan Hikmət Hacıyevi qəbul edib
Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Bəylər Əyyubova müavin təyin edilib - Foto
Azərbaycanda bu universitet ləğv olundu
Bakının adamı şikəst edən keçidləri
Qarla bağlı XƏBƏRDARLIQ
Əlindəki ziyilə görə xəstəxanaya gedən qız öldü
Şəhidin xatirə lövhəsi niyə sökülüb?
Prezident Administrasiyası dəyirmi masa keçirir
Məşhur pivə zavodunun direktoru 4000 manat cərimələndi


07.03.2017  23:14 

“ANS“ə martın 23-dək vaxt verildi: Bina boşaldılmalıdır





A+  A-

Zoologiya İnstitutu ANS televiziyasına əmlakının binadan çıxarılması üçün vaxt verib. Şirkət bu ay ərzində öz əmlakını binadan çıxarmalıdır.
XəzərNews.az bildirir ki, məlumatı dəqiqləşdirmək üçün əlaqə saxladığımız ANS televiziyasının sabiq rəhbərlərindən biri Modern.az-a bunu təsdiqləyib.
Məlumata görə, bu günlərdə şirkət rəhbərliyinin binaya daxil olmasına icazə verilməyib. Həmçinin "ANS Müstəqil Yayım və Media» Şirkətinə əmlakını binadan çıxarmaq üçün martın 23-dək vaxt verilib.
"ANS Müstəqil Yayım və Media» Şirkətinin yerləşdiyi ofisin icarəsi ilə bağlı müqavilənin müddətiötən il bitsə də, uzadılmamışdı. Zoologiya İnstitutundan bununla bağlı verilən açıqlamada bildirilirdi ki, Əmlak Məsələləri Dövlət Komitəsi müqavilənin vaxtı bitdiyindən ANS-lə yeni müqavilə bağlanmayıb.
Qeyd edək ki, Azərbaycanın ilk müstəqil televiziyası olan ANS 1991-ci il noyabrın 26-dan fəaliyyət göstərirdi. Hər şey isə 2016-cı il iyunun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı ANS-in hadisələri işıqlandırması və televiziyanın müxbirinin Ankaranın dövlət çevrilişini təşkil etməkdə günahlandırdığı Fəthullah Gülənin mətbuat konfransında iştirakından sonra baş verib. Milli Televiziya və Radio Şurası (MTRŞ) 2016-cı il iyulun 18-də «ANS Müstəqil Yayım və Media» Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib. MTRŞ öz qərarını Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Azərbaycan Baş Prokurorluğunun müraciətinə əsasən qəbul etdiyini bildirib. MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.
MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.
«ANS Müstəqil Yayım və Media» Şirkəti lisenziyasının ləğvi barədə qərarın qüvvədən salınması ilə bağlı məhkəməyə müraciət etsə də, iddia təmin edilməyib.

Xəbər 3074 dəfə oxunub.



25.02.2025  17:30 

Əli Əsədov yeni qərar İMZALADI

25.02.2025  17:25 

1 milyon TL məni susdura BİLMƏZ

25.02.2025  16:34 

Qarla bağlı XƏBƏRDARLIQ

25.02.2025  15:20 

“Ağsu” mehmanxanası bağlandı

25.02.2025  14:58 

Müjde Ar qəza keçirdi


BÜTÜN XƏBƏRLƏR +