Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


26.05.2024  17:35 

Tramp Baydeni tiran adlandırdı, ABŞ üçün əsas təhlükə mənbəyini açıqladı





A+  A-

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evin indiki sakini Co Baydenin daha dörd illik hakimiyyətinin ölkənin dağılmasına səbəb ola biləcəyinə əminliyini ifadə edib.

Xəzərnews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, o, bunu Vaşinqtonda keçirilən Libertarların Milli Konvensiyasında bildirib.

"Mənə səs verməlisiniz, çünki biz ölkəmizin tarixindəki ən pis prezidentdən qurtulmalıyıq. Biz birlikdə bunu edə bilərik. Əks halda, daha dörd ildən sonra ölkəsiz qalmaq riskimiz var", deyə siyasətçi bildirib.

Tramp həmçinin bildirib ki, hazırkı Amerika lideri demokratiya üçün təhlükə yaradır. Keçmiş prezident deyib kiBayden korrupsioner, səriştəsiz tirandır və ölkə tarixinin ən pis prezidentidir:

"Mən sizinlə bu ölkədə solçu faşizmin güclənməsi və Ağ Evdəki korrupsioner və səriştəsiz tiranı - ABŞ tarixinin ən pis prezidenti olan Co Baydeni məğlub etməyin zəruriliyi haqqında danışmaq üçün buradayam".

O, Baydeni ABŞ-ı "söz azadlığına hörmət olunmayan" qeyri-azad ölkə etməkdə ittiham edib. Tramp Ağ Evin hazırkı rəhbərinin hakimiyyətini tiranlıq adlandırıb və rəqibini ölkədə inflyasiyanın yüksək səviyyədə olmasında ittiham edib:

"Biz əminik ki, ölkəmiz üçün ən ciddi təhlükə xaricdəki düşmənlərdən deyil, hüquq və azadlıqlarımızı daxildən pozan tiranlardan, kommunistlərdən, faşistlərdən və quldurlardan gəlir".

Trampın sözlərinə görə, onlar ölkə daxilində vətəndaşların hüquq və azadlıqlarına qəsd edirlər. Siyasətçi Amerika Silahlı Qüvvələrinin vəzifəsini "başqa ölkələrdə hökumətləri devirmək və mənasız müharibələr aparmaq" kimi deyil, ABŞ-ı daxildən gələn hücumlardan qorumaq kimi müəyyən edib.

Tramp həmçinin bildirib ki, yenidən seçiləcəyi təqdirdə Rusiya və Ukrayna arasında münaqişənin sona çatmasına üstünlük verəcək:

"Prezident seçildikdən sonra Oval kabinetə qayıtmazdan əvvəl mən Ukrayna və Rusiya arasında dəhşətli müharibəyə son qoyacağam ki, biz yüz milyonlarla dolları başqa insanların münaqişələrinə sərf etməyi dayandıra bilək və minlərlə insanı xilas edə bilək".


Xəbər 7806 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +