Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


18.02.2025  13:10 

Tovuzda “bazarkom“ 100-dək ailəni dolanışıqdan məhrum edir





A+  A-

"Doğma kəndimin başının üstünü qara buludlar alıb. Tovuz rayon bazarının sahibinin puluna şirniklənən bəzi məmurlar Vahidli kəndinin suvarılma imkanı olan bütün münbit torpaqlarını əlindən almağa qalxıblar".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə tanınmış jurnalist Dünya Sakit çıxış edib.

D.Sakit qeyd edib ki, yüz illər boyu Vahidli -Yekallar camaatına məxsus olan, 1930-cu illərdən bəri azı 10 dəfə dövlət sənədlərində rəsmiləşən torpaqlarda şəxsi biznesini qurmaq istəyən "bazarkom" 100-dək ailəni dolanışıq mənbəyindən məhrum etməyi planlaşdırır:

"Ona dəstək verən, yaxud problemə sükutla yanaşan məmurlar anlamırlar ki, əllərində silah erməniyə qarşı birlikdə vuruşmuş iki kəndi sözün həqiqi mənasında qardaş qırğınına sürükləyirlər".

D.Sakit qeyd edib ki, Vahidli sakinləri üzünü Azərbaycan dövlətinə, hüquq-mühafizə orqanlarına tutaraq, prosesin çox böyük münaqişəyə çevrilməsinin qarşısının vaxtında alınmasını xahiş edir:

"Bu kənd oğullarının qanı hesabına qoruduğu torpaqlarını heç kimin biznes maraqlarına qurban verməyəcək, bunu Tovuz rayon icra strukturları birmənalı olaraq nəzərə almalıdılar".

Xəbər 992 dəfə oxunub.




21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +