Qarabağın oyununda dava -VİDEO
Fuad Nağıyevə sərt ittihamlar - “Tahir Əmiraslanovu Şuşadan qovdu”
Donetskdə matəm elan edildi
London Parisin strateji səhvini düzəltdi
AAAF parkda 14 saatdır su gəlmir - ŞİKAYƏT
Elmlə məşğul olanlar bu boşluqda əzilir... - Alim
Ruslar Ukraynaya 3 “İsgəndər” raketi atdı
İstilər başladı...
Azərbaycanda kartof bahalaşdı - Video
Əhəd Abıyev villasını 2 milyon dollara satır - Video


24.10.2020  16:11 

“Azərbaycandan çox geri qalmışıq” - Düşməndən daha bir etiraf





A+  A-

Bir neçə gün əvvəl Azərbaycan ordusunu fövqəldövlətlərlə müqayisə edən Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan ölkəsinin məğlub durumda olduğunu növbəti dəfə etiraf edib.
XəzərNews.az xəbər verir ki, o, "Sputnik Ermənistan"a müsahibəsində ordularında mövcud olan bütün çatışmazlıqların uzun illər davam edən proseslərin nəticəsi olduğunu qeyd edib:

"Nəzərə alınmalıdır ki, Ermənistanda heç vaxt döyüş təyyarələri olmayıb. Pilotları texnologiyaya yiyələnməsi, silahlardan istifadə edə bilməsi üçün vaxt lazımdır. Bunun üçün ən azı bir və ya iki il lazımdır".

Ovannisyan Qarabağdakı mövcud müharibənin əvvəlkilərdən çox fərqli olduğunu qeyd edib: "Ritm, döyüş əməliyyatlarının dinamikası, istifadə olunan silah növləri dəyişib".

Ermənistan ordusunun Qarabağdakı hərbi əməliyyatlara nə qədər hazır olduğu barədə sualı cavablandıran Ovannisyan Ermənistanın hərbi sahədə hər mənada Azərbaycandan geri qaldığını etiraf edib.

"Anlamaq lazımdır ki, bütün bu illər ərzində hərbi xərclər baxımından Azərbaycandan çox geri qalmışıq. Onlar daha çox xərcləyiblər, biz daha az xərcləmişik. Beləliklə, bugünkü bütün problemlər uzun illər davam edən proseslərin nəticəsidir".

Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz təyyarələri ilə mübarizəyə toxunan Ovannisyan, dünyada hələ ki, heç bir ordunun pilotsuz təyyarə hücumlarını tamamilə təsirsiz hala gətirə bilmədiyini deyib. Kiçik ölçülü və çox sayda PUA-ları məhv etmək asan bir iş deyil. Hərbi obyektləri qorumaq üçün onlarla növ HHM və elektron müharibə sistemindən istifadə edən inkişaf etmiş Silahlı Qüvvələrə sahib olan dövlətlər belə bunların öhdəsindən tam gələ bilmirlər",-deyə Ermənistan Müdafiə Nazirliyinin rəsmisi qeyd edib.

Xəbər 1438 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +