16.02.2017 23:02
Məşhur azərbaycanlı kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifov Rusiyanın Yekatrinburq şəhərinin 4 saylı topdansatış meyvə-tərəvəz bazasına nəzarəti “Çermen” ləqəbli gürcü avtoritetlə öz aralarında bölüşdürməyə başlayıb.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından URA.ru-ya bildiriblər. Məlumata görə bazanın bölüşdürülməsi məsələsi ilə bağlı 56 yaşlı Tamaz Qoqoladzenin (“Çermen”) emissarları Yekatrinburqa gediblər. Bundan əvvəl “Lotu Quli”nin qruplaşması bu şəhərə çoxsaylı “möhkəm bədənli oğlanlardan” ibarət desant yetirmişdi.
Bu yaxınlara qədər 4 saylı meyvə-tərəvəz topdansatış bazasının ticarətçiləri “Rövşən Lənkəranski”yə haqq verirdilər. Həmin baza Lənkəranskinin ən gəlirli obyektlərindən idi. Bazara nəzarəti onun adamı, 53 yaşlı Ağayar Ağayev həyata keçirirdi. Lakin Lənkəranskinin ötən il İstanbulda güllələnməsindən sonra Ağayar tədricən “kölgəyə” çəkilib. Nəticədə Ural regionunun azərbaycanlıları “Lotu Quli”yə biət ediblər və ona haqq ödəməyə başlayıblar. “Lotu Quli” hazırda Azərbaycanda həbsxanadadır və kriminal imperiyasını oradan idarə edir.
Məlumata görə Lənkəranskinin Ural regionu üzrə “smotryaşisi” olan Ağayar Ağayev də artıq “Lotu Quli”yə biət edib və öz postunda qalıb. Bu təhvil-təslim əməliyyatı sakit keçib. Lakin gözlənilmədən Yekatrinburqa digər kriminal avtoritet-“Çermen” öz adamlarını göndərib. “Çermen” özü də hazırda “Lotu Quli” kimi həbsdədir, Solneçneqorsk həbsxanasında cəza çəkir, 2018-ci ildə azadlığa çıxmalıdır. Ancaq o, mafiyasını həbsxanadan idarə edir.
Məlumata görə hazırda hər iki “vor”un nümayəndələri 4 saylı bazada fəallıq nümayiş etdirirlər, habelə Komsomolskdakı meyvə-tərəvəz bazasını nəzarət altına almağa çalışırlar. Belə k, 4 saylı bazarın sökülməsi və yerində mikrorayon tikilməsi planı var.
|
09.03.2025 17:40
09.03.2025 17:35
09.03.2025 16:10
Rus Çarının dostu “Putin İlham” özümüzü kəsən qılınca necə çevrildi?
09.03.2025 15:09
09.03.2025 14:45
09.03.2025 13:00
Həm İcbari Tibbi Sığorta, həm də Gəncə Beynəlxalq Xəstəxanası - Bir ölümün izi ilə...
09.03.2025 11:51
09.03.2025 11:45
09.03.2025 11:33
09.03.2025 11:02
09.03.2025 10:49
İmamoğludan Ərdoğana: “Sənin dövrün başa çatdı, əgər vicdanın varsa, çağırışıma cavab ver"
09.03.2025 10:41
09.03.2025 10:30
09.03.2025 10:26
09.03.2025 10:20
09.03.2025 10:17
09.03.2025 01:12
09.03.2025 01:06
09.03.2025 01:04
09.03.2025 01:01
Fuad Nağıyevə sərt ittihamlar - “Tahir Əmiraslanovu Şuşadan qovdu”
09.03.2025 00:36
08.03.2025 14:52
08.03.2025 14:46
08.03.2025 13:49
08.03.2025 13:44
08.03.2025 13:24
Sədrin işdən azad etdiyi Fərid Hüseynov yenidən iş başında...
08.03.2025 13:18
08.03.2025 12:48
08.03.2025 12:45
08.03.2025 12:43
08.03.2025 11:07
08.03.2025 10:57