Qarabağın oyununda dava -VİDEO
Fuad Nağıyevə sərt ittihamlar - “Tahir Əmiraslanovu Şuşadan qovdu”
Donetskdə matəm elan edildi
London Parisin strateji səhvini düzəltdi
AAAF parkda 14 saatdır su gəlmir - ŞİKAYƏT
Elmlə məşğul olanlar bu boşluqda əzilir... - Alim
Ruslar Ukraynaya 3 “İsgəndər” raketi atdı
İstilər başladı...
Azərbaycanda kartof bahalaşdı - Video
Əhəd Abıyev villasını 2 milyon dollara satır - Video


06.03.2025  12:40 

Erməni bloger İlham Əliyevdən siyasi sığınacaq istədi





A+  A-

Erməni bloger İşxan Verdyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək, siyasi sığınacaq istəyib.

XəzərNews.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında məlumat yayıb.

“Hörmətli cənab Prezident, nəzərinizə çatdırım ki, Qarabağı Azərbaycan ərazisi olaraq açıq şəkildə tanıdığım üçün Ermənistanda mənə qarşı cinayət işi açılıb. İrəvan Azərbaycan və Ermənistanın suverenliyinin qarşılıqlı tanınması lehinə çıxış etdiyimə, həmçinin “artsax” kvazi-dövlət qurumu və onunla bağlı hər şey haqqında tənqidi bəyanatlarıma görə mənə ömürlük həbs cəzası vermək istəyir. Onu da nəzərinizə çatdırım ki, Ermənistana qayıtmağım istər-istəməz həbsimə gətirib çıxaracaq və barəmdə elan olunmuş beynəlxalq axtarış Ermənistanda həbsxanadan başqa istənilən yerdə mənə qapıları bağlayır.

Hörmətli cənab Prezident, mövcud reallıqları nəzərə alaraq və qaçılmaz repressiyalarla bağlı səbəblərə görə vətəndaşlığım olduğu ölkəmə qayıtmağımın mümkünsüzlüyünü nəzərə alaraq, Azərbaycanda siyasi sığınacaq vermənizi xahiş edirəm. Hörmətlə, İşxan Verdyan”, - o qeyd edib.

Qeyd edək ki, məlumatı politoloq Elçin Alıoğlu yayıb.

Xəbər 359 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +