Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub


28.03.2018  10:53 

Füzulidə pambıqçılığın inkişafına həsr olunan müşavirə keçirildi





A+  A-

Horadiz şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair keçirilmiş respublika müşavirəsindən irəli gələn vəzifələr barədə Füzuli rayon pambıqçılarının ümumrayon müşavirəsi keçirilib.
XəzərNews.az xəbər verir ki, müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-Təşkilat şöbəsinin məsul əməkdaşı Əflatun Rufiyev, rayonun aidiyyəti idarə, müəssisə və təşkilatları, pambıq istehsalçıları, fermerlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev müşavirədə çıxış edərək bildirdi ki, martın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair respublika müşavirəsi keçirilmişdir. Prezident cənab İlham Əliyev müşavirədə respublikada mühüm strateji əhəmiyyətə malik olan və ölkə büdcəsinə yüksək gəlir gətirən bambıqçılığın inkişafı ilə bağlı proqram xarakterli nitq söyləmişdir. Alı Alıyev diqqətə çatdırdı ki, ölkə başçısının yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir.
“Prezident cənab İlham Əliyev müşavirdə qeyd etdi ki, yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə, ixrac tutumlu sahələrin, o cümlədən pambıqçılığın inkişafı əsas yer tutur. Çünki pambıqçılıq həm gəlirli sahədir, həm də yeni iş yerlərinin açılması deməkdir. Ölkə başçısının müşavirədə söylədiyi giriş və yekun nitqindən irəli gələn məsələlər bizim də qarşımızda duran əsas məsələlərdən biridir.”-deyən Alı Alıyev ölkə başçısının tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda 2018-ci ildə 2100 ha ərazidə pambıq əkilməsi planlaşdırıldığını vurğuladı. Alı Alıyev bundan 287 nəfər istehsalçı olmaqla 1412 hektarın Füzuli Kənd Təsərrüfatı MMC ilə, 80 nəfər istehsalçı olmaqla 590 hektar “Azərpambıq” MMC ilə müqavilə bağlandığını, 14 nəfər istehsalçı isə 97,3 hektar fərdi qaydada pambıq əkəcəkdir. Artıq pambıq əkiləcək sahələrə artıq baxış keçirilmişdir. Nəzədə tutulan bütün sahələrdə şum işi tam başa çatmış, pambıq sahələri arat edilmiş, mala işi aparılmış, yaxın günlərdə çiyid səpininə başlanılacaqdır.
Alı Alıyev vurğulayıb ki, RİHB Aparatının aidiyyəti şöbəsi, Kənd Təsərrüfatı İdarəsi, Füzuli Kənd Təsərrüfatı MMC və Azərpambıq MMC və aidiyyəti təşkilatlar öz işlərini ölkə başçısı cənab İlham Əliyevin Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair respublika müşavirəsində qarşıya qoyduğu vəzifələr üzərində qurmalıdır.
Müşavirədə Azərpambıq MMC-nin nümayəndəsi Fazil Hacıyev, Füzuli Kənd Təsərrüfatı MMC-nin müdiri Vüsal Quliyev çıxış etdilər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-Təşkilat şöbəsinin məsul əməkdaşı Əflatun Rufiyev çıxış edərək Prezident cənab İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair keçirilmiş respublika müşavirəsindən irəli gələn vəzifələr barədə danışdı. Bildirdi ki, 2017-ci ildə respublika üzrə 2007 min ton pambıq istehsal olunmuşdur. Əflatun Rufiyev qeyd etdi ki, Prezident cənab İlham Əliyev yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir.
Diskussiya şəraitində keçən müşavirədə aidiyyəti qrumların nümayəndələri, fermerlər çıxış edərək, pambıq əkini sahəsində görülmüş işlərdən danışdılar, pambıqçılığın inkişafı, mövcud problemlərin aradan qaldırılması yollarını müzakirə etdilər.












Xəbər 1404 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +