Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


24.07.2025  11:20 

Rusiya təyyarəsindəki bütün sərnişinlər ölüb-YENİLƏNİB





A+  A-

Rusiyada qəzaya uğrayan təyyarədə olan 43 sərnişin və 6 ekipaj üzvünün hamısı ölüb.

XəzərNews.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Təyyarənin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib.

Qurum əlavə edib ki, təyyarə düşdükdən sonra yanıb.

Axtarış helikopteri Mi-8, ətrafdakı sıx meşəlik səbəbindən yanan təyyarənin yaxınlığına eniş edə bilməyib. Hadisə yerinə piyada axtarış-xilasetmə qrupu yola düşüb.


---

10:53

Rusiyanın Amur vilayətində "An-24" sərnişin təyyarəsi ilə əlaqə kəsilib.

XəzərNews.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, təyyarənin göyərtəsində 46 nəfər olub. "Anqara" aviaşirkətinə məxsus təyyarənin Xabarovsk-Blaqoveşensk-Tında marşrutu üzrə uçduğu deyilib.

"Hazırda təyyarə, güman ki, marşrutun sonuncu aeroportundan bir neçə kilometr aralıdadır və əlaqəyə çıxmır", - deyə məlumatda bildirilib.

Xəbər 423 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +