Masajçı, yoxsa kosmetoloq? – FOTO
Hansı yaşdan sonra silah əldə edə bilərsiz?
Rusiya Paşinyanı bağışlayacaqmı?
Sabahın HAVAsı... - 22 dərəcə isti olacaq
Türk həkim azərbaycanlıları təhqir etdi - SƏS YAZISI
Qrant müsabiqələrinin nəticələrini təsdiq olundu
Ombudsman Səbinə Əliyeva hesabat verir
Rusiya ordusu Xarkovu vurdu, yaralılar var
Hollandiyadan Ukraynaya 3,5 milyardlıq yardım...
Milli Məclisin iclasında 14 məsələyə baxılacaq


01.11.2022  14:50 

“Paşinyan Rusiyadan suyu süzülə-süzülə qayıtmaq...” - Hacı Madər





A+  A-

Oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın Baş naziri Nikol Paşinyanın növbəti görüşü keçirildi.

Görüşün sonunda imzalanan bəyanata nəzər saldıqda yekun nəticəni Ermənistanın növbəti diplomatik məğlubiyyəti, Azərbaycanın isə daha bir qələbəsi kimi qiymətləndirmək olar.

Paşinyan ötən gün baş tutan görüşdə bildirib ki, Azərbaycan guya 2021-ci ilin may ayında Ermənistan sərhədini pozub və bəyanata 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasının salınmasını istəyib. Bundan başqa, Paşinyan sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də Bəyanatda əksini tapmasına çalışıb. Ancaq bu dəfə də o, istəyinə nail ola bilməyib. Necə deyərlər, Paşinyan Rusiyadan Ermənistana suyu süzülə-süzülə qayıtmaq məcburiyyətində qaldı.

Hər zaman olduğu kimi, Soçi görüşündə də Azərbaycanın maraqları Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Prezident İlham Əliyevin “Qarabağ münaqişəsi iki il əvvəl həll olunub. Bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur”, deməsi, qarşı tərəfi çıxılmaz vəziyyətə qoydu. Prezident İlham Əliyev öz iradəsini və mövqeyini ortaya qoyaraq növbəti dəfə təmkin göstərərək qalib ölkəni uğurla təmsil etdi.

Hesab edirəm ki, Soçi bəyanatından aydın olur ki, sənəddə əksini tapan müddəalar Azərbaycanın maraqlarına cavab verir. Bundan başqa, Azərbaycan və Ermənistan arasında bütün problemli məsələlərin yalnız BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması əsasında həlli razılaşdırılıb. Fikrimcə, Soçi görüşündə Azərbaycanın mövqeyindən və iradəsindən kənar heç bir məqam müşahidə olunmayıb.

MADƏR MUSAYEV
Milli Məclisin deputatı


Xəbər 1183 dəfə oxunub.




06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?

06.03.2025  14:03 

Sabah hava isti olacaq


BÜTÜN XƏBƏRLƏR +