“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar


07.10.2020  11:09 

İngiltərə parlamenti Ermənistanı qınayan petisiya hazırladı





A+  A-

Böyük Britaniya Parlamenti (Nümayəndələr Palatası) erməni qüvvələrinin işğal etdiyi torpaqlardan dərhal çıxarılmasını tələb edən petisiya imzalayıb.
XəzərNews.az xəbər verir ki, sənəd Böyük Britaniya Parlamentinin rəsmi internet səhifəsində yerləşdirilib. Konservativlər partiyasından olan Blekman Bob və Bottomli ser Piter tərəfindən oktyabrın 1-də qaldırılan petisiyada deyilir:

“Parlament bildirir ki, Ermənistanın 27 sentyabr 2020-ci ildə başlayan və hər gün daha da böyüməyə davam edən təcavüzü Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi bölgə üzərində qanunsuz hərbi nəzarətindən qaynaqlanan və 30 mindən çox insanın həlak olmasına, 1 milyondan çox insanın qaçqın düşməsinə səbəb olan Ermənistan-Azərbaycan arasındakı silahlı münaqişəni daha da artırır. Bununla yanaşı, Türkiyə və Rusiyanın cəlb olunması ilə konfliktin genişlənməsi təhlükəsi yaranır.

Parlament İngiltərə hökumətini Ermənistanı 1994-cü ildə əldə edilmiş atəşkəsi kobud şəkildə pozduğuna və Azərbaycanın silahlı qüvvələri, mülki şəxslərinin mövqelərinə intensiv hücumda iriçaplı silah, minaatan və artilleriya silahlarından istifadə etdiyinə görə qınamağa və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə göstərildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qanunsuz olaraq işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırır”.

Xəbər 2148 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +