Benzin, dizel və maye qaz bahalaşacaq
Ərdoğan CHP sədrini məhkəməyə verdi
“Bazarstore”də xoşagəlməz hadisə baş verib -FOTO
Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib -FOTO
Azərbaycandan Ermənistana gələn buğda yoxlanılacaq – Arutyunyan
Kady 10 həftəlik oyundan uzaqlaşdırıldı
Əməkdar artist vəfat etdi
Neft emalı zavodunda yanğın
Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı


05.11.2025  18:35 

ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib





A+  A-

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) rektor vəzifəsini icra edən Eldar Qocayev ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib.

XəzərNews.az xəbər verir ki, görüş zamanı rektor vəzifəsini icra edən Eldar Qocayev qonağa Akademiyanın tarixi inkişaf mərhələləri, struktur quruluşu, tədris prosesinin təşkili və elmi potensialı barədə ətraflı məlumat təqdim edib.

Tərəflər iki ölkə arasında dənizçilik sahəsində əməkdaşlığın genişləndirilməsi, dənizçilik üzrə ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası, ikili diplom proqramlarının hazırlanması, eləcə də tələbələrin Səudiyyə Ərəbistanının dənizçilik şirkətlərində istehsalat təcrübələrinə cəlb olunması kimi istiqamətlərdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Səfir İssam bin Saleh əl-Cuteyli ADDA-nın təqdim etdiyi əməkdaşlıq təkliflərini yüksək dəyərləndirərək, bu əlaqələrin gələcəkdə rəsmi Anlaşma Memorandumu çərçivəsində rəsmiləşdirilməsinin məqsədəuyğun olacağını bildirib.

Görüş səmimi və qarşılıqlı anlayış şəraitində keçib.



Xəbər 1970 dəfə oxunub.




06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +