Tələbələr qaydalara etiraz edir - Video
Bakıda iki şəhidin məzarı qarət edildi
Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı


30.05.2022  20:09 

Artezian quyularına görə ayrılan pullar mənimsənilir?





A+  A-

Yeniyol kəndinin sakinləri quyulardakı işlərin yarımçıq qalmasından bu qənaətdədirlər...

“Meydan TV problemi işıqlandırandan sonra fəhlələri tökdülər kəndə, qazıb getdikləri “xəndəkdə” qazma işləri davam etdirildi. Borular gətirildi, işlər görüldü, söhbət soyuyan kimi yenə aradan çıxdılar”.

XəzərNews.az xəbər verir ki, bir ay əvvəl Meydan TV Şəmkirin Yeniyol kəndində dövlət sifarişiylə qazılan artezian quyusundakı işlərin yarım qalmasından yazmışdı. Sakinlər bildirirdilər ki, fəhlələrə pul ödənilmədiyi üçün işləri yarımçıq saxlayaraq kənddən gediblər.

Prezident İlham Əliyevin “Şəmkir və Tovuz rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı əsasında hər iki rayonun ümumilikdə 17 yaşayış məntəqəsində 20 artezian quyusu layihələndirilməli və qazılmalıdır. Buna görə Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,4 milyon manat (hər quyuya görə 70 min manat) ayrılıb. Bu quyuların 10-u Şəmkirin payına düşüb. Ancaq aylardır ki, məsələn, Yeniyol kəndində bir artezian quyusunun qazılıb istifadəyə verilməsi müşkülə çevrilib. Hətta kəndlilər Meydan TV-yə bildirirdilər ki, quyunun qazılması üçün onlardan da pul istənilir.



Kəndlilərin bu müraciətindən sonra Meydan TV Şəmkir Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mirbəşir Ələsgərovla əlaqə saxlamışdı. O demişdi ki, bir-iki günə işlər davam etdiriləcək. Elə bir-iki gündən sonra kənd sakinləri Meydan TV ilə təkrar əlaqə saxlayaraq işlərin davamına başlanıldığını bildirmiş və problemi işıqlandırdığı üçün sayta təşəkkür etmişdilər. İndi sakinlər yenə narazıdılar. Səbəb də elə əvvəlkidir. Fəhlələr yenə işləri yarımçıq saxlayaraq çıxıb gediblər. Kənd sakini Polad Vəliyev danışır:

“Bir quyunun qazılmasına 70 min manat ayrılıb. O pula neçə quyu qazmaq olardı, ancaq bunlar o pulu dədələrinin pulu hesab edib xalqa xərcləmək istəmirlər. O boyda ayrılmış vəsaitlə və fəhlə qüvvəsiylə bir artezian quyusunu qazıb işə salmaq 3-4 günlük işdir. Ancaq mart ayından başladıqları işi bitirmək bilmirlər. Suvarma mövsümüdür, ümumilikdə kənddəki 454 hektar sahə suvarılmalıdır. Yenə kənddə köhnə gərginliklər başlayır, yenə hamı suya görə bir-birinə qənim kəsilir”.

Transformator, su boruları, su motoru və daha bir neçə avadanlıq olmalıdır ki, işlər yekunlaşsın:

“Bunların alınması üçün lazım olan vəsait ayrılmış 70 min manatın yanında qəpik-quruşdur. Belə çıxır k, bunlar ayrılmış pulu qəpik-quruşunadək mənimsəyiblər”.

Şəmkir Rayon İcra Hakimiyyətindən bildirlib ki, Yeniyol kəndnin sakinləri susuzluqla bağlı bir neçə dəfə quruma kütləvi müraciət ediblər. Hazırda həmin kənddə və daha bir neçəsndə suvarma probleminin aradanq qaldırılması üçün Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişiylə artezian quyuları qazılır. Rayonun Düyərli kəndində 2, Yeni həyat kəndində 1, Zəyəm qəsəbəsində 2, Sarıtəpə kəndində 1, Yeniyol kəndində 1 atrezian quyusunun qazılaraq istfadəyə verilməs prosesi yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda Könüllü, İrmaşlı, Zəyəmcırdaxan kəndlərində də eyni işlər görüləcək. Hər kənddə 1 artezian quyusu qazılacaq. Quyuların qazılmasında podratçı şirkət olaraq “North West” MMC iştirak edir.

Sakinlərin deməsinə görə, Yeniyol kəndindəki işlərə şirkətin Kamran adlı nümayəndəsi nəzarət edir. Kamran adlı şəxs (soyadını təqdim etmədi) Meydan TV-yə bildirib ki, işlər yarımçıq qalmayıb və davam etdirilir.

Xəbər 3494 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +