Zeynəb Xanlarova ilə bağlı iddia: Ermənipərəst müğənnini Bakıya gətirir
İmtahan saxtakarlığı: Pinəçi də istintaqa çağırıldı – Detallar
Əməkdar artist vəfat etdi
Bakıda “Dino Park“ açılır: Qiymətlər dodaq uçuqlatdı
İrandan narkotik keçirtmək istədilər, saxlanıldılar
Elektron siqaretlər ləğv edilir?
FETÖ-yə qarşı əməliyyat: Saxlanılanlar var
Axtarışa verilən Abbas Abbasov bu ölkəni tərk etdi -ÖZƏL
Neftimiz ucuzlaşdı
Baş nazir qərar imzalayıb


29.11.2025  15:49 

AXCP sədri Əli Kərimlinin evində axtarış aparılıb





A+  A-

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evində axtarış aparılıb.

XəzərNews.az xəbər verir ki, bu, DTX-da aparılan araşdırma çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, Əli Kərimlinin evində bir qədər əvvəl axtarış aparılması Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.

Xatırladaq ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Xüsusilə qeyd etməyə ehtiyac var ki, Rusiyanın Ukrayna ilə müharibə bitdikdən sonra Qafqaz üzərində təsir dairəsini yenidən bərpa etməyə çalışacağı şübhəsizdir. Bu məqsədlə Ramiz Mehdiyevə bağlı qüvvələrdən istifadə edəcəyi, qeyd olunan prosesdə radikal davranışları ilə daim seçilən, Azərbaycanın dövlət maraqlarından çıxış etməyən AXCP-nin öndə gedəcəyi də istisna edilmir.

Qeyd olunan səbəbdən AXCP-nin vaxtında zərərsizləşdirilməsi dövlət təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.


Xəbər 1429 dəfə oxunub.




17.12.2025  12:49 

Əməkdar artist vəfat etdi

17.12.2025  11:33 

Elektron siqaretlər ləğv edilir?

17.12.2025  10:44 

Neftimiz ucuzlaşdı

17.12.2025  10:42 

Baş nazir qərar imzalayıb


BÜTÜN XƏBƏRLƏR +