“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?
Ruslar Odessanı “İsgəndər-M” raketi ilə vurdu


15.12.2020  22:39 

Rusiya Azərbaycandan pomidor qadağasını yumşaltdı





A+  A-

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) dekabrın 16-dan Azərbaycanın Xızı rayonunda yerləşən “Aqroterm” MMC-dən pomidor idxalına icazə verib.
XəzərNews.az xəbər verir ki, xidmətin məlumatına görə, hazırda Azərbaycanın daha iki istixana müəssisəsindən pomidor idxalına icazə verilməsi məsələsinə baxılır.

“Rosselxoznadzor”un məlumatında deyilir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə aparılan danışıqlarda Azərbaycan tərəfi məhsullarda zərərvericilərlə bağlı araşdırmalar barədə informasiya və monitorinqin nəticələrini təqdim edib.

Hazırda Azərbaycanın səlahiyyətli təşkilatları ilə bu istiqamətdə iş davam etdirilir.

Xatırladaq ki, Rusiya 10 dekabrdan etibarən Azərbaycandan alma və pomidor idxalını müvəqqəti qadağan etmişdi. "Rosselxoznadzor" buna səbəb kimi ölkəmizdən idxal olunan bu məhsullarda cənubi amerika pomidor güvəsi və şərq güvəsi aşkar edildiyini açıqlamışdı.

Xəbər 2246 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +