Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


07.02.2017  16:33 

“Neft Daşları”nda 500-ə yaxın işçinin həyatı təhlükədədir - RƏSMİ





A+  A-


“Neft Daşları”nda çalışan neftçilərin həyatı təhlükədədir. İş növbəsi bitməsinə baxmayaraq, güclü külək və fırtına xəbərdarlığı səbəbindən neftçilər sahilə çıxarılmır.

XəzərNews.az bildirir ki, bu haqda Modern.az-a Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

SOCAR-dan neftçilərə qadağa...

M.Qəhrəmanlı deyib ki, SOCAR tərəfindən işçilərə qadağa qoyulmasına baxmayaraq, neftçilər bu barədə ona məlumat veriblər:

“Çünki onların həyatı üçün təhlükə yaranıb. Ümumiyyətlə, Azərbaycanda işçi hüququnu müdafiə edən təşkilat yoxdur. Bu gün səhər saat 7-də mənə yazıb bildiriblər ki, 300-dən çox adam gəmi gözləyir, amma gəmi gəlmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın dəyişəcəyi xəbərdarlığını verib. Yəni əslində işçilər bu gün sahilə çıxarılmalı idi. Nəzərə almaq lazımdır ki, neftçilər 15 gündən artıq neft daşlarında qalanda həmin günlər üçün əmək haqqının 2/3 hissəni verirlər”. 

“Neft Şirkəti futbola pul tapır, amma işçilərinə yox”

Hüquq müdafiəçisi SOCAR-ı ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlə müqayisə edib:

“BP neçə ildir Azərbaycandadır, platformalar tikiblər işçilərinin təhlükəsizliyini çox yüksək şəkildə təmin edirlər. 150 nəfərlik “Müslüm Maqomayev” sərnişin gəmisi xüsusi olaraq BP Azərbaycan şirkəti tərəfindən verilmiş sifarişə əsasən Xəzər Dəniz Gəmiçiliyi-CMS Alyansı tərəfindən inşa olunub və həmin şirkətin xidmətinə verilib.

Amma SOCAR öz işçilərini normal nəqliyyatla təmin edə bilmir. Vertolyotla gediş-gəliş yalnız vəzifəlilərə aiddir, fəhlələr ora heç vaxt buraxılmaz. Həm də o sayda fəhlənin vertolyotla daşınması da əlverişli deyil. İşçiləri “PSK” ilə daşıyırlar. “PSK” altı düz, çay gəmiləridir. Hava dalğalı olanda işləyə bilmirlər. ARDNŞ-in istifadə etdiyi “Sabit Orucov” sərnişin gəmisi isə 1983-cü ildə Finalandiyada inşa olunub. Bu gəminin istismar müddəti çoxdan bitib. 5-6 saata ancaq gəlib sahilə çıxa bilir. Dövlət Neft Şirkəti hər şeyə pul tapır. Futbol komandasına, hansısa tədbirlərə sponsorluq edir. Amma bu şirkətdə insan amilinin dəyəri sıfırdır. Düşünürlər ki, fəhlədir də, necə olsa gedə bilər. Düşünürəm ki, ora-bura külli miqdarda vəsait xərcləyən şirkət niyə işçilərinin dərdini çəkmir?”.

“İşçilər sanki türmədədir”

M.Qəhrəmanlı digər ittihamlar da səsləndirib:

“İndiki gəmilər çox köhnədir. Dənizdə 1 metr dalğa olanda o gəmilər üzə bilmir. 2 gündür dənizdə zip (ləpələrin divara çırpılması) də var. 15 gün işlədikdən sonra 300 nəfərlik köhnə gəmiyə 500 nəfəri mindirib 5-6 saat ərzində sahilə çıxaranlar hansı insafsızlardır axı?

Hazırda neftçilər yeməklə, çörəklə təminatın pis olduğunu bildirirlər. Aralarında hansısa xəstəlikdən əziyyət çəkənlər var. Sanki türmə şəraitində çalışırlar.

Xahiş edərdim ki, mətbuat “Neft Daşları” məsələsinə diqqəti artırsın. Əvvəlki qəzaların açıqlaması verilmədi. Heç kim cəzalanmadı, hər şeyi ört-basdır etdilər. BP platformalarında vəzifə üzrə ayrı-seçkilik yoxdur. Orada insan amili üstün mövqedədir. İnsanların yeməyi, yaşayışı çox fərqlidir. Ona görə də Dövlət Neft Şirkətinin xarici şirkətlərdən öyrənəcəyi çox şeylər var”.

“510 neftçi növbə dəyişəcək”

 “Azneft” İstehsalat Birliyinin İcitmaiyyətlə əlaqələr üzrə təmsilçisi Vurğun Həsənli Modern.az-a faktı təsdiq edib. O bildirib ki, neftçilərin dənizdə qalma səbəbi hava şəraitilə bağlıdır:

“Hazırda dənizdə 2, 5metr hündürlüyündə dalğa var. Nefçiləri daşımaq üçün nəzərdə tutulan gəmilər isə 1,5 hündürlüklü dalğalara dözümlüdür. Bu gün üçün neftçilərin iş növbəsini dəyişməsi və sahilə çıxarılması planlaşdırılmır”.

Qurum rəsmisi xarici şirkət barədə səslənən fikirlərə də münasibət bildirib:

“Doğrudur, BP-nin gəmiləri bizim gəmilərdən daha keyfiyyətlidir. Amma bizdəki gəmilər də 70 nəfərlik böyük gəmilərdir. O gəmini göndərsələr belə, gəmi platformaya yan ala bilməyəcək. Çünki dənizdə dalğa güclüdür. Həm də gəmilər Xəzər Dəniz Gəmiçiliyinin sərəncamındadır. Onlar da neftçilərin həyatını təhlükə altına atmaq niyyətində deyil. Söhbət təxminən 510 nəfər yaxın işçidən gedir”.

“Neftçilər daha bir neçə gün dənizdə qala bilər”

Qurum rəsmisi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin dəyişəcəyi xəbərdarlığına cavab olaraq bunları deyib:

“Əgər küləkli hava şəraiti davam edərsə, neftçilərin növbə dəyişməsi daha bir neçə gün davam edəcək. Bu da onların təhlükəsizliyi üçündür. Çünki gəminin 2-3 metrlik dalğada sahilə yan alması qeyri-mümkündür”.

V.Həsənli eyni zamanda deyib ki, bu hal neft daşlarında çalışanlar üçün yeni deyil:

“Xəzərdə dalğalar güclü olduğu üçün belə hallar qış aylarında tez-tez müşahidə edilir. Ajiotaj üçün səbəb yoxdur”.



Xəbər 1052 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +