İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb


05.04.2023  11:39 

3 saylı Uşaq Evini məşhurlaşdıran 3 qalmaqal





A+  A-

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun işdən çıxarılması 3 saylı Uşaq Evi ilə bağlı qalmaqalın daha da böyüməsinə səbəb olub.

3 saylı Uşaq Evində qalan Məhəmməd Hacıyev müəssisədəki təminatdan şikayət edib. Bundan sonra o, 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov isə Məhəmməd Hacıyevin ruhi xəstə olmadığını deyib. Bu açıqlamadan bir gün sonra isə işdən çıxarılıb.

Ağahəsən Rəsulovun işdən çıxarılması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bu hadisə Məhbubə Hüseynovanın hansısa qüvvələr tərəfindən himayə olunduğu barədə mülahizələrə səbəb olub.



Qeyd edək ki, bu hadisə 3 saylı Uşaq Evi ilə bağlı birinci qalmaqal deyil.

Ötən il mediada sözügedən müəssisə və onun direktoru Məhbubə Hüseynova barəsində daha dəhşətli faktlar tirajlanıb. Faktları həmin vaxt 3 saylı Uşaq Evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva ictimailəşdirib.

O bildirib ki, uşaqlar müəllimləri tərəfindən incidilir, döyülür, onlara etinasız və qeyri-rəftari münasibət sərgilənir.

Həmçinin müəssisəyə dövlət tərəfindən təmin olunan ərzaq uşaqlara verilmir. Hətta Qurban bayramında Uşaq Evinə imkanlı şəxslər tərəfindən gətirilən qurbanlılqar Məhbubə Hüseynovanın sürücüsü tərəfindən evinə daşınır.

Gülcan Nağıyeva iddiaları ilə bağlı görüntülər təqdim edib.

Həmin görüntülərdən birində 6 yaşlı bir uşağın qızdırma içində bədəninin bütün nahiyəsində yara tökdüyü əks olunur. Görüntüləri lentə alan Gülcan Nağıyevanın bildirdiyinə görə, gecə növbəsində çalışdığı üçün uşağın nə vaxt səpdiyindən xəbəri olmayıb. Növbəti gün işə gələndə uşağın ağır durumda olduğunu görüb və tibb bacısına yaxınlaşmaq istəyib. Amma Uşaq Evində nə həkim, nə də tibb bacısı tapa bilib.

Gülcan Nağıyeva daha sonra Məhbubə Hüseynovanı ittiham edib: "Məhbubə Hüseynova dəfələrlə tənbeh olunub, hətta bir dəfə 1500 manat məbləğində cərimələnib. Amma özünə gəlmir. 72 yaşı var, hələ də öz maraqlarına xidmət edir”.

3 saylı Uşaq Evi ilə bağlı daha bir qalmaqa 2021-ci ildə baş verib. Həmin ilin oktyabrında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi sözgedən müəssisədə araşdırma aparıb. Uşaq Evində bəzi nöqsanlar müəyyən olunub. Aşkar olunmuş nöqsanlara görə müəssisə rəhbəri Məhbubə Hüseynovaya intizam tənbeh tədbiri olaraq, töhmət verilib və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürülüb./Qaynarinfo

Xəbər 606 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB

24.06.2024  08:27 

Dağıstanda matəm elan olundu

23.06.2024  22:19 

Sabah bu rayonda qaz olmayacaq

23.06.2024  22:08 

Bir həyətdə iki ev yandı

23.06.2024  14:19 

Əməkdar rəssam vəfat edib -Foto

22.06.2024  13:17 

Xəzər dənizində zəlzələ olub

22.06.2024  13:15 

AzTV-nin strukturunda dəyişiklik

21.06.2024  16:03 

BDU-nun müəllimi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +