Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


04.02.2025  18:12 

780 min manatlıq mənimsəmədə ittiham olunan şəxsə hökm oxundu





A+  A-

Külli miqdarda mənimsəmədə ittiham olunan Ayven Şahmuradovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

XəzərNews.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ayven Şahmuradov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama görə, Qusar rayonu Quxuroba kənd sakini Ayven Şahmuradov və atası Qayıbxan Şahmuradov ferma və bağçılıq biznesi qurmaq adı ilə Rusiya vətəndaşı Həmdulla Qədirovdan külli miqdarda pul alıblar.

Onlar 2017-2020-ci illərdə H.Qədirovun ümumilikdə 780 min manatını mənimsəməkdə ittiam olunurlar.

A. Şahmuradov barəsində Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə A.Şahmuradov barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər 1111 dəfə oxunub.



21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +