“Sponsor deyir ki, çəkilişdə müdiriyyət də düşsün“ -Aktyor
Şəhərin mərkəzində ölüm yarışı - VİDEO
Türkiyədə yanğın baş verən hotel SÖKÜLƏCƏK
Sürücülərin diqqətinə!
Saqqalı kişilərlə niyə öpüşmək olmaz?
Şahin Bağırovun 55 min manatdan çox vergi borcu VAR?
Rövşən Əsgərov Rusiyada terrorçular siyahısına SALINDI
“Paşa“ ləqəbli keçmiş döyüşçünü ALDADIBLAR?
İranda səfirliyimizə hücum edən şəxs edam ediləcək
Bayden-Blinken dövründə ABŞ Azərbaycana qarşı qərəzli olub


06.03.2024  14:36 

Bakı metrosunda sərnişindaşıma 4,7 % artıb





A+  A-

Bu ilin fevral ayında Bakı metrosunda sərnişindaşıma 4,7 % artıb.

Xəzərnews.az “Bakı Metropoliteni” QSC-yə istinadən məlumat verir ki, fevral ayında Bakı metropolitenindən 17 milyon 895 min 498 sərnişin istifadə edib. Əvvəlki illərin fevral ayları ilə müqayisədə, 2019-cu ilə nəzərən 2024-cü ilin ikinci ayında 3,1 % az, 2022-ci ilin eyni dövrünə uyğun olaraq 19,3 % çox sərnişin daşınıb.

Ötən ay daşınan sərnişinlərdən 472 min 764-ü güzəştli və ya ödənişsiz sərnişinlər olub. Metropoliten orta statistik hesabla gün ərzində 617 min 85 sərnişin daşıyıb.

Ən çox sərnişin fevral ayının 26-sı daşınıb – 769 min 386 nəfər. Fevralın 18-i ən az – 389 min 726 sərnişin metropolitenə daxil olub.

Fevral ayı paytaxtın tədris ocaqlarında yeni ildə ilk dərs dövrünün başlanması ilə əlamətdar olub. Bu səbəbdən fevral ayının 19-dan hər iş günü 700 mindən artıq sərnişin daşınıb. Ümumən həmin gündən başlayaraq, 9 iş günü ərzində orta statistik gündəlik sərnişindaşıma 748 min 916 nəfər təşkil edib. Ondan əvvəlki 11 iş günü ərzində isə gündəlik sərnişindaşıma orta hesabla 612 min 530 nəfərə bərabər olub. Beləliklə, iki fərqli dövr arasında gündəlik sərnişindaşıma fərqi 136 min 386 sərnişin təşkil edib.


Xəbər 1015 dəfə oxunub.



23.01.2025  08:52 

“Qarabağ” FCSB-yə qarşı

23.01.2025  08:27 

Sürücülərin diqqətinə!

22.01.2025  14:49 

Daha üç məhkum həbsdə ölüb

22.01.2025  12:40 

Novruz bayramında əfv olacaq?


BÜTÜN XƏBƏRLƏR +