“Araz”da kampaniya adı ilə müştərini aldadırlar
Mirşahin Ağayevin atası rəhmətə gedib
Vüsal Aslanov rəisləri bir-bir işdən çıxarır
Ukraynaya bir aylıq atəşkəs təklif edirlər
Özündən sonra qızı da işdən çıxarıldı
Bahalı avtomobillər yolda yandı
Xersonda mikroavtobus dronla vuruldu
Cem Köksal azadlığa buraxıldı
Təcili tibbi yardım avtomobili qəzaya uğradı
42 yaşlı kişi ov tüfəngi ilə güllələndi


05.02.2023  23:00 

SƏN NƏ İMİŞSƏN, BALƏLİ?





A+  A-

Çox-çox üzr istəyirəm, mahnıları, repləri "FUCK OF"la başlayıb "FUCK OF"la bitən, iki sözdən biri söyüş olan amerikan reperlərindən nəyi pisdi Baləlinin bədahətən söylədiyi şeir parçalarının? Adamın dediklərində bəzən məna hikməti fontan vurur, rəhmətlik Tupak Amaru Şakurun replərində hansısa dərin hikmət varıydı bəyəm?! Konsertlərinə milyonlar axırdı. Bunu qoydum bir qırağa...

Adamın, Baləlini deyirəm, işini, bacarığını, istedadını, auditoriyasını niyə gətirib siyasətlə müqayisə edirsiniz?

Siyasətçi ilə meyxanaçı, şair, yazıçı müqayisəsi də təzə sərsəmlikdi?

Siyasət sizə uşaq-muşaq oyunudu, yaxud siyasətçi sizə uşaq-muşaqdı?

Başınızın qapağı qaçıb? Neçə-neçə şərəfli, vicdanlı, qiymətli insanın ömrü bitib, hədər olub bu siyasətdə!

Utanmırsız?

Birinizin "JOPASI" çatıb siyasətə girə bilmirsiz, qorxunuzdan soxulmağa deşik axtarırsız, hələ bir durub dövlətlə, hökumətlə əlləşən siyasət adamlarını hər kim gəldi onunla yan-yana qoyub məsxərə qurursunuz?

Belə çıxır ki, indi ağzı-burnu isti yerdə olan hər yerindən qalxan siyasətə, siyasət adamlarına istehza edəcək, axmıra vuracaq?

Hardan alırsız bu naməhrəm cürəti?!

Siyasət adamları xalqı inandırıb, etimadını qazanıb meydanlara çıxaranda çıxaracaq da, onu da görəcəksiniz, nə hoydu hoydudu bu?

Bu xalqın biri də sizsiniz də, barmağınızı qatlayın, nə etmisiz ki?!

Baləlinin siyasətə, cəmiyyətdəki mövcud idbar, qaramat, monoton, bomboz duruma, kitabsızlığa, savadsızlığa, işsizliyə, bekarçılığa, avaraçılığa, İCTİMAİ NƏQLİYYATIN QİYMƏTİNİN QALXMASINA CINQIRI ÇIXMAYAN MÜTİLİYƏ, KÖLƏLİYƏ nə dəxli? Bu nə xəstə yanaşmadır?

Nədir qarnınızın sancısı?

Hər şeyi aparıb ölkədə baş alıb gedən məişət eybəcərliklərinin, deqradasiyaya uğrayan mənəviyyatın, şikəst edilən siyasətin quyruğuna bağlayanda, ağlınız neçə qram artım, adamlar?

Belə cəsarətlisiniz?

Belə ürək sahibisiniz?!

Rəşad Bakuvi
AY Partiya Başqan müavini


Xəbər 897 dəfə oxunub.



02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı

02.03.2025  15:03 

Sabah güclü külək əsəcək

02.03.2025  12:58 

Nyu-York Trampa qarşı - VİDEO

01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında


BÜTÜN XƏBƏRLƏR +