Cem Köksal azadlığa buraxıldı
Təcili tibbi yardım avtomobili qəzaya uğradı
42 yaşlı kişi ov tüfəngi ilə güllələndi
TƏBİB-dən Binədəki partlayışla bağlı... - AÇIQLAMA
Zelenski yanlış geyimdə gəldi - Mayk Vals
Slovakiya Ukraynaya yardımı dayandırdı
Sabah güclü külək əsəcək
İlon Mask ABŞ-ın NATO və BMT-dən çıxmasına razıdır
Ştaynmayer Trampı kəskin tənqid etdi
Nyu-York Trampa qarşı - VİDEO


06.12.2022  13:00 

Qəlbimizi məhv edən xislətlər...





A+  A-

Qəlb dedikdə insanın çırpınan ürəyi nəzərdə tutulmur. Söhbət onun ağlına və ruhuna hakim olan qəlbdən gedir. Bu qəlb işıqlandıqca insan günahdan uzaqlaşaraq, hikmətə doğru gedir. Əksinə cılız məsələlər günahlar, pis vərdişlərə qurşandıqca kamillikdən uzaqlaşır və süquta uğrayır.

Qəlbi məhv edib onu şeytanın cövlangahına çevirən əsas amil bu qəlbin qəsavət bağlaması və qaralmasıdır ki bu da günahlar səbəbindən baş verir.

İmam Əli (ə): “İnsanda ən qəribə üzv qəlbdir. O qəlbdə hikmətlər də yer tuta bilər onların əksi də. Əgər qəlbdə arzu yaransa, (o arzuya çatmaq üçün) tamah insanı zəlil günə qoyar. Tamahkarlıq orada baş qaldırdıqda isə onu məhv edər. Daha sonra ümidsizləyə qapılar və nəticədə qəm yemək onu öldürər. Qəlbin hər bir səhlənkarlığı onun üçün ziyan gətirər, hər ifrat etməsi isə onu puçluğa aparar.”

Amma əksinə qəlbi məhv amillərindən necə uzaq tuta bilərik?

Loğman öz övladına nəsihət verərək deyir:

- "Övladım! Alimlərlə ol və onlarla otur-dur. Çünki Allah torpağa yağışın yağması ilə həyat verdiyi kimi, qəlbləri də hikmət və nəsihət nuru ilə dirildir".

Allahın Peyğəmbəri (s) səhabəsi Əbuzərə buyurub: "Çox gülməkdən çəkin ki, o qəlbləri öldürər".

Allahın Peyğəmbəri (s): "Allah buyurur: Mənim bəndələrim arasında elmi söhbətlər ölü qəlbləri dirildər. Bu şərtlə ki, bu söhbətdə Mənim əmrimə (üsuliddin və ya firuiddinə) çatsınla".

İmam Əli (ə) əziz övladı İmam Həsənə (ə)belə tövsiyə edir: "Öz ürəyini moizə ilə dirilt və dünyanı ürəyindən qoparmaqla öldür".

İmam Əli (ə): "Xeyir iş əhlini görmək qəlbləri abadlaşdırar".

Tahir Abbaslı
XəzərNews.az


Xəbər 4578 dəfə oxunub.



02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı

02.03.2025  15:03 

Sabah güclü külək əsəcək

02.03.2025  12:58 

Nyu-York Trampa qarşı - VİDEO

01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında


BÜTÜN XƏBƏRLƏR +