Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


28.12.2022  16:20 

Talıbovlarla bağlı nə zaman qərar veriləcək?





A+  A-

Vasif Talıbovun Naxçıvandakı 27 illik idarəçiliyindən ən çox zərər çəkənlər sahibkarlardır. Məlumata görə, ötən illər ərzində orada çoxsaylı qanun pozuntularına, haqsızlıqlara yol verilib. Naxçıvanda sahibkarlar tikinti işləri aparanda onlara saysız-hesabsız ziyanlar vurulub. Naxçıvan şəhərində biznes obyektləri, yeməkxanalar, dükanlar və digər bu kimi sahələr qanunsuz olaraq sökülüb. Bu zaman sahibkarlara dəyən ziyana görə heç bir kompensasiya ödənilməyib.

Halbuki aparılan tikintilərə görə sahibkarların əllərində obyektlərin çıxarışları olub. Ancaq bunların heç birinə məhəl qoyulmayıb. Necə gəldi ya obyektləri söküblər, ya da əllərindən alıblar. Naxçıvandakı məlum dəyişiklikdən sonra bu insanların hamısı hərəkətə keçib. Ona görə də bütün bunlara görə saysız məhkəmə iddialarının qaldırılacağı gözlənilir. “Yeni Müsavat” bildirir ki, bir vaxtlar Vasif Talıbovdan çəkinib səslərini çıxara bilməyən sahibkarlar indi onlara dəymiş zərərə görə iddialar qaldırmaq fikrindədirlər. Söhbət minlərlə oxşar faktdan gedir. Hətta kiçik kafedən tutmuş, restorana qədər böyük obyektləri zorakılıqla dağıdıb sahibkarlara heç nə verməyiblər.

Qeyri-rəsmi məlumatlara görə, Vasif Talıbov yuxarı instansiyalardan Naxçıvanda yoxlamaların davam etdirilməməsini, ümumiyyətlə, bu prosesin dayandırılmasını xahiş edib. Lakin onun xahişi qəbul olunmayıb. Vasif Talıbova bildirilib ki, hakimiyyət bu məsələdə prinsipialdır və əsas xətti, iradəsi, məqsədi Naxçıvanda bu yoxlamaları davam etdirmək və prosesi tam başa çatdırmaqdır. Yoxlamaların davam etdirilməsi Talıbov klanının tam zərərsizləşdirilməsinə hesablanıb, yoxsa özünə də təhlükə ola bilər?

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Vasif Talıbov və oğulları ilə bağlı hazırda çox ciddi şəkildə araşdırma aparılır: “İstintaqın çox ciddi şəkildə aparılmasının səbəbkarı Vasif Talıbov, onun oğullarıdır. Hələ ki onu həbs etməyiblər, qoluna qandal vurmayıblar. Amma bu o demək deyil ki, vəziyyət bu cür uzun müddət davam edəcək. Talıbovların Naxçıvanda törətdikləri cinayətlərin miqyasını müəyyənləşdirmək üçün istintaq gedir. Hələ ki,onun ətrafından ifadələr alınır”.

Siyasi şərhçi deyir ki, Vasif Talıbov və oğullarına da ittiham elan ediləcək: “Hər biri müttəhimlər kürsüsündə oturacaq. Aldığım son məlumata görə, artıq Vasif Talıbovu yaşadığı qəsrdən çıxarıb həyat yoldaşının sovet hakimiyyəti illərində yaşadığı evə göndəriblər. Hazırda Vasif Talıbovu orada saxlayırlar. Naxçıvandakı, Naxçıvandan kənarda dünyanın dörd bir tərəfinə yaydığı mal-mülkünün qeydiyyatı aparılır. Proses yekunlaşan kimi Talıbovlarla bağlı qərar veriləcək”.

Xəbər 1025 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +