Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


29.12.2021  16:00 

Əli Əsədov yeni qərar imzaladı





A+  A-

Nazirlər Kabineti “Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında 7 iyul 2009-cu il tarixli qərarında dəyişiklik edib.

XəzərNews.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən yük avtomobillərinin icazə verilən ümumi kütləsi üçoxlu avtomobil üçün 24 tondan 25 tona, aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobillər üçün isə 25 tondan 26 tona dəyişdirilib.

Bundan başqa, yəhərli avtoqatarların icazə verilən ümumi kütləsi ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə, üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə və üçoxlu dartıcı üçoxlu yanmqoşqu ilə 38 tondan 40 tona çatdırılıb.

Xəbər 1854 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +