Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


01.11.2021  11:39 

“Kamal Abdullayev, bəs o 2 milyon hanı?





A+  A-

Filologiya elmləri doktoru, professor, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsiniun müdiri İdris Abasov akademiklər – İsa Həbibbəyli və Kamal Abdullayevə qarşı ağır ittihamlarla çıxış edib.

İ.Abbasov bildirib ki, 7 ildir ki, “Balıq başdan iylənər” nəğmələri ilə baş piyləyir, bütün pisliklərin ünvanı olaraq ölkənin birinci şəxsini – ölkə Prezidentini nişan verirsiniz: “Bütün şüurlu həyatınızı müşayiət edən məddahlıq, saxtakarlıq, yalan, aladatma, büdcəgirlik və cibgirlik ölkəni iqtisadi-siyasi və sosial-mənəvi dalana dirəyib. Vətənini, dövlətini, millətini sözün həqiqi mənasında ürəkdən sevən yüzlərlə gənci bu davranışlarınızla ölkədən didərgin salmısınız! Ar olsun!”

Professor əlavə edir ki, 7 ildir ki, çalışdığım institutda mənə sitəm edirsiniz: “Dövlətin elm potensialını şikəst etmiş idbar şəbəkənizə məni də qoşmaq istəyirsiniz, alınmır. Təəssüf edirəm ki, qəddarlığınız, talançılığınız, görməmişliyiniz, alim adına ləkə olan davranışınız üzündən bu məşəqqətləri məsum uşaqlarım və mənim kimi digərlərinin övladları da yaşayır. Heyhat! Zərrə qədər vicdan deyilən şey görmədim sizdə. Sizə çox yaxından bələd olan və xasiyyətinizi bilən biri kimi deyirəm ki, siz ölkə üçün təhlükə mənbəyisiniz, mənəvi tənəzzülün özüsünüz!

Möhtərəm Kamal Abdullayev! Sizin himayədarlıq etdiyiniz və havadarı olduğunuz, qoçu qismində onun-bunun üstünə göndərdiyiniz Elçin İbrahimova 3 vəzifə, 4 kabinet verməyinizlə hansı müqəddər nümunəni göstərmək istəyirsiniz? İşsiz qalıb bir parça çörəyə möhtac şəhid-qazi ailəsinəmi, yoxsa Vətənə igidlər böyüdən ləyaqətli ailələrəmi? O namuslu Azərbaycan ailələrindən sizin nəyiniz artıqdır axı? Rektoru olduğunuz universitetə öz dostlarınızı, qohumlarınızı yığıb 2-3 vəzifə verirsiniz. Guya mütəəssib yerlibazsınız? Məncə, bu müzlim taktika köhnəlib. Bu dağıdıcı davranışlarla kimə göz dağı verirsiniz? Maddi imkansızlıqdan intihar edən vətən oğluna, ya qızınamı? Siz necə yazıçısınız ki, mənsub olduğunuz xalqın məşəqqətli həyatı vecinizə deyil?! Elə ona görə də düz edib bir dənə kitabınızın üzünə baxmamışam, bundan sonra heç baxmaram da, haşa!”

İ.Abbasov Kamal Abdullanı nəzərdə tutaraq qeyd edir ki, milyonların üstündə oturub qələmi boşuna çalmağınızın fərqində deyilsiniz: “Bir misal deyim: Ayına 3000– 5000 (3 min-5 min) manat maaş alan, əlavə yüz minlərlə qranta ortaqlıq edən bir institutun direktoru Möhsün Nağısoyluya, yaxud eyni maddi bolluq içində üzən başqa bir institiutun direktoru Muxtar İmanova və yaxud vaxtaşırı “razborkalar”a göndərdiyiniz “cangüdən” Elçin İbrahimova sırf şəxsi və şəbəkə marağı naminə Dillər Universitetində 2-ci, 3-cü , 4-cü işi, vəzifəni vermək, hətta sonuncuya 4 kabinet ərməğan etməyin açması nədir?

Siz deyin, görək, ölkə Prezidentinin dilçiliyin inkişafı üçün ayırdığı 2 milyon vəsaitdən dahi Kazımbəyin və Pietro della Vallenin nəşrinə heçmi pay düşmürdü? Öznüz belə bir fundamental iş görsəydiniz, dünyanı dağıdardınız. Məgər görmürük ki, nələr edirsiniz?”

İ.Abbasov əlavə edərəkj yazır: “Möhtərəm Kamal Abdullayev, bəs o 2 milyon hanı? Axı o pulları Prezident həm də Ana dilinin qrammatikasına dair dünya kitabxanalarının arxivində saxalanan abidələrin dirçəldilməsi üçün ayırmışdı, hərçənd ki, 24.01.2018-ci ildə qoçu qismində Dilçilik İnstitutunun elmi şurasına göndərdiyiniz və qızğın havadarı olduğunuz Elçin İbrahimov Sərəncama müvafiq gördüyüm işi cahilanə yamanlamış, əvəzinizdən qısqanclıq və əsəb ifadə etmişdir. Həmin ssenariləşdirilmiş elmi şuradan sonra sizin onu mükafatlandırmağınız və bir neçə vəzifə verib irəli çəkməyiniz məkrli niyyətlərinizi bir daha ortaya qoyur. Bax, buna görə də, akademik vəziyyətimiz acınacaqlı və təhlükəlidir, çünki bunların timsalında şəbəkə marağı dövlət mafraqlarını üstələyib!”


Xəbər 1660 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +