Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


01.10.2021  13:29 

Bu məktəblər tıxac yaradır - SİYAHI





A+  A-

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən şəhərdə sıxlıq və tıxacların qarşısının alınması məqsədi ilə əvvəlcədən geniş məlumat verməyimizə baxmayaraq müxtəlif şəxslər eyni növ qayda pozuntuları törədirlər.


XəzərNews.az xəbər verir ki, bunu Report-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

DYP rəsmisi qarşısında sıxlıq və tıxacların yarandığı məktəblərin siyahısını açıqlayıb:

“Konkert olaraq insident olan Bakıxanov istiqamətində yerləşən 60 nömrəli tam orta məktəb, 28 May küçəsindəki 23 nömrəli tam orta məktəb, Əliyar Əliyev küçəsindəki "Modern Təhsil Kompleksi" və Ziya Bünyadov prospektindəki "İdrak" liseyinin rəhbərliyindən xahiş edirik ki, şagirlərlə profilaktik danışıqlar aparılsın. Yol bağlanır, narazılıqlar yaranır. Əgər parklama üçün yer yoxdursa, bu, məktəblər tikiləndə nəzərə alınardı. Məktəblər uşaqları tez qəbul etsinlər, avtobuslar təşkil etsinlər. Dövlət məktəblərində də valideynlər maşınları məktəbin düz qarşısında saxlamasınlar. Müəyyən ərazidə saxlayıb, piyada gəlsinlər. Bu hallar avtomobili yolun ortasında saxlamaq üçün bəhanə olmamalıdır. Polisdən soruşurlar ki, yolda niyə sıxlıq var? Biz də sıxlığı aradan qaldırmalıyıq. 60 il bundan qabaq həmin məktəbi yolun kənarında tikiblər. Camaat gəlib orada da yolun ortasında maşınlarını saxlayır. Bu da bizim üçün səbəb deyil, bəhanədir. Əziyyət çəkib maşınları kənar hissələrdə saxlayaraq məktəblərə piyada gəlsinlər. İnsanlarda ictimai məsuliyyət hissi olmalıdır.

Mütəmadi olaraq hərəkəti iflic edən bu cü məktəb və univeristetlərin adını ictimailəşdirəcəyik ki, bu problemin mahiyyətini insanlar görsün”.


Xəbər 2009 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +