Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


08.09.2020  09:32 

FHN və DSX polkovnikləri hakim qarşısında





A+  A-

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müavini, general Əfqan Nağıyevlə birgə həbs olunan vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır.
XəzərNews.az-ın verdiyi xəbərə görə, istintaqın təqdimatı ilə mayın ortalarında barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilən vəzifəlilərin həbsdə qalma müddəti bir neçə gün sonra başa çatır. Buna görə də istintaq müddətinin artırılması üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib.

DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazov, FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin müdiri Abdulla Abdullayev və balıqçı Xaliq Quliyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün məhkəməyə təqdimat verilib.

Bütün təqdimatlara bu gün hakim Elbəy Allahverdiyevin təqdimatı ilə baxılacaq.

Adıçəkilən şəxslərlə birgə həbs edilən general Nağıyev isə avqustun 8-də ev dustaqlığına buraxılıb.

Qeyd edilən vəzifəli şəxslər Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları üçün balıqçılardan rüşvət almaqda ittiham olunurlar. Balıqçı Xalis Quliyev isə rüşvətin toplanıb A.Abdullayevə verilməsində vasitəçi olub.

Xəbər 1786 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +