Söyüdlər məhəlləsində qaz niyə kəsilib?
Zelenski Keyr Starmerlə görüşüb
Ermənistan buna görə məsuliyyət daşıyır - Hacıyev
İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan


17.12.2018  16:32 

Bəzi restoranlar insan ölümünə səbəb olur – RƏSMİ





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bir neçə aydır ki, Bakı, Sumqayıt, Gəncə və Abşeron yarmadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən iaşə obyektlərinin monitorinqini aparır
ETSN tərəfindən verilən vaxtdan bu günə qədər 223 iaşə obyektində müasir standartlara cavab verən qurğu quraşdırılıb.

Amma bəzi obyektlər isə qaydalara əməl etmədiyi üçün bağlanmaq üzrədir., "Özkardeşlər" və "Qızıl balıq" restoranları isə artıq məhkəmənin qərarı ilə bağlanıb.

Qarşıda məhkəmə tərəfindən 17 restoranın bağlanması nəzərdə tutulur.

Maraqlıdır ki, bağlanan ya da bağlanmaq üzrə olan restoranların müştəriləri də çoxdur.

Ola bilərmi ki, məhkəmənin qərarı ilə bağlanan restoranlar yenidən fəaliyyətlərini bərpa etsinlər?

XəzərNews.az bildirir ki, ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov Modern.az-a açıqlamasında məsələnin mümkün olduğunu söyləyib.

“Restoranların bağlanması məhkəmənin qərarına əsasən həyata keçirilir. Çünki bəzi restoranlar qurğunu quraşdırmadan ekologiyaya tullantıları atır və bu zaman həmin restoranların fəaliyyətinin dayandırılması mütləqdir. Qurğu quraşdırdıqdan sonra yenidən fəaliyyətə başlaması üçün Ekologiya Nazirliyinin əməkdaşları tərəfindən restorana baxış keçirilir. Bunun doğru olub-olmadığı yoxlanılır. Əgər normalara cavab verirsə, bu zaman restoran rəhbərliyi məhkəməyə müraciət edib fəaliyyətini yenidən bərpa edə bilər. Təbii ki, restoranın yenidən fəaliyyəti üçün məhkəmə qərar verir”.

Qurum rəsmisi bildirib ki, bəzi restoranlar insan ölümünə səbəb olur.

“Hazırda bağlanması üçün növbədə 17 restoran var. Artıq bu barədə icra orqanları məlumatlıdır. Bir çox restoranlar nəinki Ekologiya Nazirliyinin, eləcə də, dövlətin qanunlarına tabe olmaq istəmirlər. Burada ictimaiyyəti narahat edən məsələlərdən, tullantılardan söhbət gedir. Çünki tullantılar, ətrafa yayılan tüstü insan həyatı üçün təhlükə mənbəyidir. Əgər bu restoranlar insan ölümünə səbəb olursa, fəaliyyətlərinin dayandırılması zəruridir”.

Xəbər 1549 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +