Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


07.12.2018  13:26 

Şagirdlərin olduğu avtobus qəzaya düşdü - Yaralılar xəstəxanaya aparıldı





A+  A-

Bu gün səhər saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.
XəzərNews.az bildirir ki, "Qafqazinfo"ya məktəbdən daxil olan məlumata görə, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstaxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Onu da qeyd edək ki, ilkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, İdarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.

BŞTİ-dən onu da bildiriblər ki, aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, əlavə məlumat veriləcək.

***

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində 4 nəfər Təcili Tibbi Yardım Briqadası tərəfindən hadisə yerindən götürülüb. Onlardan ikisi şagirddir. Yaralıların vəziyyəti yaxşıdır, hazırda “Semaşko”da müalicə olunurlar.

Sabaha xəstəxanadan evə buraxılacaqları gözlənilir.

***

217 nömrəli tam orta məktəbdən bildirilib ki, avtobusda məktəbin iki şagirdi xəsarət alıb və hər ikisinin vəziyyəti ortadır:

“Qobudan gələn "Qazel" markalı mikroavtobus Hökməlidə aşıb. Nəticədə 4-cü sinif şagirdi Ramal Babayev 1 saylı Şəhər Klinik Xəstaxanasına, 8-ci sinif şagirdi Mehman Əsgərov isə Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Hər ikisinə baş çəkmişik, vəziyyətləri ortadır”.

Xəbər 1598 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +