Söyüdlər məhəlləsində qaz niyə kəsilib?
Zelenski Keyr Starmerlə görüşüb
Ermənistan buna görə məsuliyyət daşıyır - Hacıyev
İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan


30.06.2018  14:47 

Növbədənkənar parlament seçkilərinə gediləcək?..





A+  A-

“Bu il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərindən sonra bəzi Kütləvi İnformasiya Vasitələrində, sosial şəbəkələrdə növbədənkənar parlament seçkilərinə də gediləcəyi haqda məlumatlar yayılır. Amma hesab edirəm ki, növbədənkənar parlament seçkiləri keçirilməyəcək”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.
Deputat Azərbaycanda növbədənkənar parlament seçkilrəinin keçirilməsi üçün əsasın olmadığını bildirib.
“2019-cu illə 2020-ci ilin arasında cəmi bir il fərq var. Ona görə də sual olunur ki, hansı zərurətdən parlament seçkiləri irəli çəkilsin? Məncə, növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda deyilənlər ancaq gümanlardır. Bunun üçün mən hüquqi və siyasi əsaslar görmürəm”.
Fəzail Ağamalı bildirib ki, Milli Məclisdə boş qalan deputat yerlərinə təkrar seçki keçirilə bilər.
“Bu isə artıq Mərkəzi Seçki Komissiyasının səlahiyyətlərinə daxil olan məsələdir”.
Qeyd edək ki, hazırda Milli Məclisdə 6 deputat yeri boşdur.
Çünki Milli Məclisin deputatları Rövşən Rzayev “Dövlətqaçqınkom”un sədri, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyin ediliblər. Deputat Astan Şahverdiyev isə qəfil ürəktutmasından dünyasını dəyişib.
Daha əvvəl isə Milli Məclisin üzvü, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildiyindən, Mərkəzi Seçki Komissiyası onun deputat səlahiyyətlərinə xitam vermişdi.
Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü icra hakimiyyəti orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə maksimum 2 ay müddətində baxıb deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.
Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir.
Sonuncu parlament seçkiləri isə 2015-ci ildə keçirilib.

Xəbər 1427 dəfə oxunub.



01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +