Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


01.11.2024  10:32 

Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?





A+  A-

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva deyib ki, dünya tədricən dollardan imtina edir. BVF rəhbərinin sözlərinə görə, əvvəllər ehtiyatların 70%-i Amerika valyutasından ibarət idisə, indi bu rəqəm 60%-dən bir qədər aşağı düşüb. Amma Georgiyeva dolların tamamilə çökməsi ilə bağlı müzakirələri bir qədər real qəbul etmir və onları şişirdilmiş hesab edir. BVF rəhbəri qeyd edib ki, hazırki situasiyada avro dollara yeganə rəqibdir. Bir sıra iqtisadçılar da Georgiyeva ilə razılaşıblar ki, hazırda dolların ehtiyat valyuta kimi alternativi yoxdur. Bununla belə, son zamanlar beynəlxalq ekspertlər dollarla bağlı bədbin proqnozlar verirlər. Onlar hesab edirlər ki, qlobal böhran səbəbindən ABŞ valyutasının ucuzlaşması müşahidə ediləcək. Dünyanın əsas aparıcı valyuta sistemi olan dollar hazırkı cəlbediciliyini itirəcək.

Mövzu ilə bağlı Xəzərnews.az-a danışan iqtisadçı Famil Niftiyev bildirib ki, dollara alternativ bir valyutanın yaradılması çoxsaylı problemlərə səbəb ola bilər.

“Dünya iqtisadiyyatında dolların yerini başqa bir valyutanın tutması üçün, həmin valyutanın qlobal ticarət, likvidlik və etibarlılıq baxımından üstünlükləri təmin etməsi lazımdır. Əgər BRICS və ya başqa bir ölkə qrupu vahid bir valyuta yaratsa belə, bu valyutanın qlobal səviyyədə tanınması və qəbul edilməsi uzunmüddətli bir proses olacaq”,- o deyib.

Ekspertin sözlərinə görə, vahid bir valyutanın tətbiqi iqtisadiyyatda rəqabəti artırsa da, yeni maliyyə sistemlərinin yaradılması üçün də ciddi infrastruktur dəyişikliyi tələb edəcək:

“Bu dəyişikliklər həm ölkələrarası ticarət, həm də qiymət stabilliyi üçün risk yarada bilər. Dollara qarşı rəqib olan bir valyutanın təşəkkülü isə valyutalararası rəqabəti artıracaq və potensial olaraq müəyyən dəyər dalğalanmalarına səbəb olacaq. BVF rəhbəri Kristalina Georgiyevanın qeyd etdiyi kimi, dolların beynəlxalq valyuta rolunu itirməsi bir gecədə baş verəcək bir proses deyil. Hazırda ehtiyatların 60%-dən bir qədər az hissəsinin dollarda saxlanması, ölkələrin ehtiyat valyutalarında diversifikasiya meyillərinin gücləndiyini göstərir. Ancaq tam imtina ehtimalı azdır, çünki dolların maliyyə bazarlarındakı təsiri, onun stabilliyi və etibarlılığı ilə əlaqədardır. Bu səbəbdən, iqtisadiyyatda "dominant" olan dolların rolunu bir müddət daha qoruyacağı gözlənilir. Uzunmüddətli perspektivdə, qlobal iqtisadi böhranlar və ABŞ-ın fiskal siyasəti dolların zəifləməsinə səbəb ola bilər. Belə vəziyyətlərdə isə qlobal oyunçuların ehtiyat valyutalarını daha da şaxələndirməsi mümkün ola bilər. Bununla yanaşı, ABŞ dollarının zəifləməsi, digər valyutaların daha cəlbedici olmasına yol aça bilər. Hərçənd, bu proses uzunmüddətli inkişaf və islahatlar tələb edir və yaxın dövrdə dolların tam olaraq dominant mövqeyini itirəcəyinə dair proqnozlar, ehtiyatlı yanaşma tələb edir. Nəticə olaraq, dollara alternativ valyuta yaratmaq qlobal iqtisadiyyatda ciddi dəyişikliklər tələb edir və bu proses uzunmüddətli olacaq. BRICS və ya digər ölkələrin vahid valyutası, valyutalararası rəqabəti artırsa da, hazırda dolların gücünü tam əvəz edə biləcək möhkəm bir alternativ yoxdur. Dolların ehtiyat valyuta kimi rolu zəifləsə də, onun tam olaraq bazardan çıxması hələlik real görünmür”,- deyə F.Niftiyev fikrini yekunlaşdırıb.



İsmayıl Rəhimoğlu
XəzərNews.az




Xəbər 5041 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +