Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


07.04.2024  09:59 

“Diasporda təşəbbüskarlıq çox azdır” - İcra katibi NARAZILIQ ETDİ





A+  A-

“Azərbaycan diasporu hələ çox gəncdir, çünki, bizdə diaspor anlayışı yeni-yeni formalaşır”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Diaspora.TV-yə açıqlamasında Real Partiyasının icra katibi Natiq Cəfərli deyib. N.Cəfərlinin sözlərinə görə, Azərbaycanın digər ölkələr, xalqlar kimi diaspor fəaliyyəti hələ yoxdur:

“Amerika Birləşmiş Ştatlarına baxsaq orada yüzillərə dayanan diaspor institutları var. Avropada da eyni qaydadadır. Lakin Azərbaycan diasporu hələ yeni formalaşmaq dövründədir”.

N.Cəfərli Azərbaycan diasporunun müəyyən uğurları ilə yanaşı, ciddi problemlərinin də olduğunu vurğulayıb:

“Artıq bir çox ölkələrdə diaspor təşkilatları fəaliyyət göstərir, onların müəyyən mənada aktivliyi də hiss olunur. Amma problem odur ki, diasporumuz təbii inkişaf etmir. Daha çox ana dövlətin dəstəyi ilə diaspor təşkilatları ayaqda qala bilir. Lakin diaspor təbii yolla yaşadılmalı, bu prosesdə iştirak edən azərbaycanlılar özləri daha çox təşəbbüskar olmalıdırlar. Ana dövlətə daha çox xeyir verməyə, xidmət etməyə çalışmalıdırlar. Təəssüf ki, təşəbbüskarlıq çox azdır”.

İcra katibi əlavə edib ki, diasporun media siyasəti də zəifdir:

“Diasporun əsas fəaliyyət istiqamətlərindən biri də xarici mediada Azərbaycanın mövqeyini yaymaqdan ibarət olmalıdır. Lakin bu fəaliyyətdə də müəyyən problemlər var. Xarici mediada daha çox ya Azərbaycan prezidentinin, ya da digər yüksək reytinqli məmurların müsahibələri yayılır. Xarici mediada aktivlik bir qayda olaraq diaspor təşkilatları tərəfindən olmalıdır”.

N.Cəfərli əlavə edib ki, diaspor siyasətində doğru istiqamət üzrə fəaliyyətin yollarını tapmaq lazımdır.

Xəyalə Zöhrab
Diaspora.TV


Xəbər 2130 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +